İxtisasın təsviri
Kiber təhlükəsizliyə ümumi olaraq kompüter təhlükəsizliyi, əməliyyatların təhlükəsizliyi, məlumatların qorunması, şəxsi məlumatların təhlükəsizliyi, internet şəbəkəsinin təhlükəsizliyi, hətta hər hansı siqnal ötürməsini edən cihazların təhlükəsizliyi daxildir. Bu mövzuların belə budaqlanmasına və önəm qazanmasına səbəb qarşılaşılan kiber hücum və təhlükələrdir. Kiber təhlükəsizlik üzrə MBA proqramının məqsədi günümüzdə aktual olan, biznes fəaliyyətinə mənfi təsir göstərən kiber hücüm risklərini effektiv şəkildə idarə edən menecerlər hazırlamaqdır.
İxtisasın gələcəyi
Müasir dövr və gələcək internet və yüksək texnologiyaları dövrü hesab edildiyi üçün kiber hücum riskləri böyükdür və gələcəkdə daha da artacağı ehtimal olunur. Bu səbəbdən kiber hücüm risklərini səmərəli şəkildə idarə edə bilmə bacarığına malik menecerlərə gələcəkdə də böyük tələb olacağı gözlənilir.
Universitet
→ Azərbaycan Dövlət İqtisad Universiteti