İxtisasın təsviri:
Dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisası ictimai siyasəti həyata keçirmək üçün professional dövlət qulluqçularının fəaliyyətidir. Dövlət qulluğunun idarə olunması dövlət aparatının səmərəli işləməsinə təsir edən əsas amillərlə məşğul olur. Dövlət qulluğunun təşkili və idarəsi milli, regional və yerli səviyyələrdə ola bilər. İxtisasda planlılıq, operativlik, təşkilatçılıq, kadrların idarəsi və təşkili, çox aspektlilik önəmli xüsusiyyətlərdəndir. Bu ixtisas planlaşdırma, professional orientasiya, adaptasiya, motivləşdirmə, kompensasiya, qiymətləndirmə, vəzifə və karyerada professional inkişaf, sosial təminat, əmək münasibətlərinin və konfliktlərin tənzimlənməsi, əməyin mühafizəsi və təhlükəsizliyə riayət edilməsi kimi problemlərlə məşğuldur.
İxtisasın gələcəyi:
Müasir dövrdə dövlət qulluğunun təşkili nəzəriyyəsi dövlət idarəçilik nəzəriyyəsinin tərkib hissəsi kimi inkişaf etməkdədir. Dövlət qulluğunun idarə edilməsi dövlət idarəçilik fəaliyyətinin vacib məsələlərindən biridir. Ona görə də dövlət idarəçiliyinin səmərəli təşkili dövlət qulluğu sisteminin də yüksək səviyyədə qurulmasına gətirib çıxarır.
Universitetlər:
→Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
→Naxçıvan Dövlət Universiteti
→Gəncə Dövlət Universiteti
→Azərbaycan Kooperasiya Universiteti