Dövlət və bələdiyyə idarəetməsi - Elektron idarəetmə

Dövlət və bələdiyyə idarəetməsi - Elektron idarəetmə

Dövlət və bələdiyyə idarəetməsi - Elektron idarəetmə

İxtisasın təsviri:

  Elektron idarəetmə dövlət qurumlarının vətəndaşlara və biznes qurumlarına informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə xidmət göstərməsidir. Başlıca məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət xidmətlərinin çatdırılması, məlumat mübadiləsi, operativliyin yüksəldilməsi və vətəndaşlarla, biznes qurumları ilə, həmçinin öz aralarındakı münasibətlərin daha asan, sadə və şəffaf formada həyata keçirilməsinə nail olmaqdır.

  
İxtisasın gələcəyi:

  Bu sahə son 10 ildə Azərbaycanda öz yerini tutmuşdur. Texnologiyanın inkişafı ilə bu sahənin daha da inkişaf edəcəyi və dövlətin bir çox sahələri ilə inteqrasiya edəcəyini demək olar. Buna görə bu ixtisas mütəxəssislərinə gələcəkdə daha çox tələbat olacaqdır.

Universitetlər:

→Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
→Azərbaycan Texnologiya Universiteti (Gəncə)