Dünya iqtisadiyyatı - Azərbaycan xarici iqtisadi əlaqələri

Dünya iqtisadiyyatı - Azərbaycan xarici iqtisadi əlaqələri

Dünya iqtisadiyyatı - Azərbaycan xarici iqtisadi əlaqələri

İxtisasın təsviri:

   Bir ölkənin xarici iqtisadi əlaqələri əsasən xarici ticarət əlaqələri, xarici investisiya əlaqələri və xarici miqrasiya əlaqələri üzrə tədqiq olunur. Azərbaycan xarici iqtisadi əlaqələri ixtisası da ölkə iqtisadiyyatının inkişafının beynəlxalq mallar, xidmətlər və əməkdaşlıq ticarətində iştirakından, xarici idxal və ixracatdan asılı olan sahədir. Xarici iqtisadi əlaqələr vahid dünya təsərrüfatı sisteminin tərkib hissəsi olduğuna görə, onun öyrənilməsi də qanunauyğun olaraq dünya təsərrüfatının formalaşması problemlərinin şərhi ilə başlanır. Azərbaycanın xarici iqtisadi əlaqələri dövlət büdcəsinə, sosial-iqtisadi rifaha birbaşa təsir edən amildir. 


İxtisasın gələcəyi:

  Azərbaycanın dünya iqtisadiyyatına daha müvəffəqiyyətli və sabit inteqrasiyası və dünyada bir brend kimi tanınması üçün onun xarici ticarət dövriyyəsinin həcminin artması ilə yanaşı, həm də rəqabətə davamlı məhsulların istehsalının genişlənməsi ilə xarici ticarət dövriyyəsinin strukturunun diversifikasiya olunması diqqəti çəkən məqamlardandır.  Bunların hər biri isə özünü Azərbaycan xarici iqtisadi əlaqələri ixtisasında göstərir və bu amilləri nəzərə alaraq bu ixtisasda mütəxəssisləşmiş fərdlərə ehtiyac var.

Universitetlər:

→Naxçıvan Dövlət Universiteti
→Bakı Biznes Universiteti