Gömrük işi xarici ticarət dövriyyəsinin gömrük sərhədlərindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük rejimlərinin müəyyən edilməsi vasitəsilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərini müəyyən edir və və bunun üçün bəzi qanunları özündə ehtiva edir. Bu qanunların əksəriyyəti vətəndaşların sağlamlığını qorumaq və hökumətin gəlirlərini artırmaq üçün hazırlanmışdır. Gömrük işçilərinə hər yerdə ehtiyac duyulur. Məsələn, müfəttişlər turistlərin əşyalarında, gəmi və təyyarələrin yüklərində qadağan olunmuş və ya vergi tutulan əşyaları axtarır, səyahətçilərin narkotik qaçaqlığı edib-etmədiklərini yoxlayırlar. Həm də turistlərin ölkəyə gətirdikləri malların həqiqi dəyərini elan etmələrinə və malların dəyəri müəyyən hədləri aşdıqda vergi alınmasının düzgün təmininə nəzarət edirlər.
İxtisasın gələcəyi:
Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Bir sıra ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir. Beləliklə, gömrük işi istənilən dövlətin iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir. Milli istehsalı qorumaq üçün iqtisadiyyatın strukturunun yaxşılaşdırılmasına, inkişafın strateji istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bəzi istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan mallarına xarici bazarların açılmasına və s. nail olmaq lazımdır. İstehsalın və istehlakın milli struktur xüsusiyyətləri, iqtisadi inkişaf səviyyəsi və digər amillər xarici ticarətin tənzimlənməsi isə idxal-ixrac əməliyyatlarına xüsusi dövlət nəzarəti tələb edir ki, bu da bilavasitə gömrük işinin təşkili ilə bağlıdır.
Universitetlər:
→Bakı Dövlət Universiteti
→Azərbaycan Dövlət İqtisad Universiteti
→Azərbaycan Respublikası Dövlət və Gömrük Komitəsinin Akademiyası
→Sumqayıt Dövlət Universiteti
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.