İxtisasın qısa təsviri
Enerjinin elektromexaniki çevrilməsinin ümumi nəzəriyyəsinin əsas məqsədi elektrik maşınları və aparatları, avtomatlaşdırılmış elektrik intiqalı, elektrotexnoloji qurğular və yüksək gərginlikli elektrik qurğuları sahəsində müasir istehsalat üçün yeni avadanlıqların yaradılması və istismarı bacarıqlarına malik yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
İxtisasın gələcəyi
İnsanların yaşamı üçün işıq, istilik vacibdir. Bunların düzgün təmini qurulması, nəzarəti üçün də mütəxəssisllərə hər daim ehtiyac olur. Həmçinin, ölkəmizdə istehsalatın modernləşdirilməsi və böyük xarici sənaye şirkətlərinin axını ilə əlaqədar olaraq, bu sahə də inkişaf edir. Bunları nəzərə alaraq demək olar ki, vacib ixtisaslardan biridir və gələcəyi perspektivlidir.
Universitet
Azərbaycan Texniki Universiteti