İxtisasın qısa təsviri
Bu sahə bərk cisimlərin metallara, yarımkeçiricilərə və dielektriklərə ayrılmasının elektron mexanizmi və əsas xassələrini (elekrtik, optik və s.) öyrənir. Həmçinin istismara verilən kabel xətlərini qəbul edir, sınaqdan keçirir və kabel xətlərinin konstruksiyasını müəyyən edir. Bundan başqa, kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almağı müəyyən edir.
İxtisasın gələcəyi
İnsanların yaşamı üçün işıq, istilik vacib hesab olunur. Bunların düzgün təmini , qurulması, nəzarəti üçün də mütəxəssislərə həmişə ehtiyac olur. Həmçinin, ölkəmizdə istehsalatın modernləşdirilməsi və böyük xarici sənaye şirkətlərinin axını ilə əlaqədar olaraq bu sahə də inkişaf edir. Bunları nəzərə alaraq demək olar ki, vacib ixtisaslardan biridir və gələcəyi perspektivlidir.
Harada bu ixtisas sahiblənmək olar
Axərbaycan Texniki Universiteti