İxtisasın təsviri
Elektroenergetika - elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və onun təchizatından ibarət sistemdir. Generatorlar, transfarmatorlar vasitəsi ilə elektrik enerjisinin yaradılmasıdır. Elektroenergetika elektrik enerjisinin paylanmasını da həyata keçirir. Yəni, elektrik stansiyalarından hasil olunmuş enerjini yarımstansiyalara ötürülməsi deməkdir. Məsələn, Mingeçevirdə hasil olunmuş enerjini Bakı, Qazax, Samux və s. yarımstansiyalara paylanılmasını təmin edir. Bundan başqa elektrik enerjisinin tələbatçılara çatdırılmasına nəzarət edir və həyata keçirir. Məsələn, Bakıya gələn enerjinin bir-bir müəssisələrə, obyektlərə, evlərə çatdırılması. Bu işlərin həyata keçirilməsində istifadə olunan kabellər, istilik sobaları, qazanlar və s. hamısı elektroenergetikaya aiddir. Energetika mühəndisləri enerji istehsalının daha effektiv və yenilikçi yollarını tapmaq üçün layihələr həyata keçirməklə məşğul olur və eyni zamanda maliyyə xərclərini aşağı salmaq, karbon tullantılarını və ətraf mühitə dəyən ziyanı azaltmağın yollarını araşdırır.
İxtisasın gələcəyi
Nəzərə alsaq ki, müasir dünyada hər şey texnologiyadan ibarətdir və texnoloji avadanlıqların işləməsi üçün də elektrik enerjisi lazımdır. Ona görədə bu ixtisas lazımlı və gələcəyi perspektivli bir ixtisasdır. Evə bir işıq gəlirsə, bu, elektroenergetika ixtisası sayəsində olur. Azərbaycanda və dünyada lazımlı ixtisasdır və həmişə də tələbat olacaq.
Universitetlər
→ Azərbaycan Neft və Sənaye Universiteti
→ Azərbaycan Texniki Universiteti
→ Azərbaycan Memaqlıq və İnşaat Universiteti
→ Milli Aviasiya Akademiyası
→ Azərbaycan Dövlət Dəniz Akademiya
→ Naxçıvan Dövlət Universiteti
→ Azərbaycan Dövlət Aqrar Universiteti
→ Sumqayıt Dövlət Universiteti