Filologiya - Dilşünaslıq ( ərəb dili üzrə)

Filologiya - Dilşünaslıq ( ərəb dili üzrə)

Filologiya - Dilşünaslıq ( ərəb dili üzrə)

İxtisasın təsviri

Dilşünaslıq - dil nəzəriyyələrini, dilin quruluşu, dəyişməsi, təkamülünü və dil nəzəriyyələrini ağıl və beyinə, mədəniyyətə, sosial davranışa, dillərin öyrənilməsi və tədrisinə olan təsirlərini öyrənir. Fonetika - dillərin səs sistemlərinin öyrənilməsi və nitqdə olan əsas tələffüz qaydalarını öyrənir. Morfologiya və Sintaksis isə sözlərin və cümlələrin daxili quruluşunu öyrənir. Dilşünaslar dillərin səs sistemlərinin və söz və cümlə quruluşunun öyrənilməsindən başqa sözlərin və söz birləşmələrinin mənasını da müəyyənləşdirməyə çalışırlar.

 

Onlar insanların dil haqqında biliklərini necə əldə etdiklərini, bu biliklərin digər idraki proseslərlə necə əlaqəli olduğunu, coğrafi bölgələrdə necə dəyişdiyini araşdırırlar. Bir çox dilşünaslar müəyyən bir dil və ya ümumiyyətlə dillər haqqında məlumat əldə etmələrinə kömək etmək üçün təcrübi dəlillər toplayır. Araşdırmaları məktəblərdə, universitetlərdə uşaqlar və gənclərlə ünsiyyət quraraq apara bilirlər.