İxtisasın təsviri
Ədəbiyyatşünaslıq bədii ədəbiyyatı, onun inkişaf tarixini öyrənən elm sahəsidir. Ədəbiyyatşünaslıq üzrə təhsil alan tələbələr ölkə ədəbiyyatını, ədəbiyyatşünaslığın nəzəri əsaslarını, yaranma tarixini, metodologiyasını, ədəbiyyatın digər sahələrlə əlaqəsini daha dərindən öyrənir və elmi işçi, “gələcəyin alimi” kimi yetişdirilirlər. Bu müddət ərzində mövzuların dərindən öyrənilməsinə və araşdırılmasına diqqət yetişdirilirlər. Bu müddət ərzində mövzuların daha dərindən öyrənilməsinə və araşdırılmasına diqqət yeetirilir.
Bu sahə üzrə təhsilini başa vuran tələbələr ədəbiyyat və ədəbiyyatın müxtəlif sahələri üzrə elmi fəaliyyətlərini davam etdirə bilərlər. Ədəbiyyatşünaslıq ixtisasında təhsil aldığımız ölkə ədəbiyyatı ilə yanaşı (Azərbaycan, ingilis, fransız, ispan və s.), ümumi ədəbiyyatşünaslıqla birbaşa bağlı digər fənlər də tədris olunur (məsələn, ədəbiyyatşünaslıq tarixi və metodologiyası, ədəbiyyat və psixoanaliz və s.)
İxtisasın gələcəyi:
Ədəbiyyatşünaslıq daim inkişafda olan bir sahədir və öyrənilməsi vacibdir. Ədəbiyyatşünaslığın öyrənilməsi ölkə ədəbiyyatına daha dərindən bələd olmaq, həmçinin digər ölkələrlə inteqrasiya və mədəniyyətlərarası əlaqə baxımından zəruridir.
Harada bu ixtisas sahiblənmək olar:
Azərbaycan Dillər Universiteti (ADU)