İxtisasın qısa təsviri:
Bu ixtisas Amerikanin və Böyük Britaniyanın bədii ədəbiyyatlarını , onların inkişaf tarixini öyrənən elm sahəsidir. Bu dillər arasında və bu ölkələrin ədəbiyyatları haqqında hansı fərqlər var bunu öyrənir. Ədəbiyyatşünaslığın nəzəri əsaslarını, yaranma tarixini , metodologiyasını , ədəbiyyatın digər sahələrlə əlaqəsini daha dərindən öyrənir və elmi işçi , “ gələcəyin alimi “ kimi yetişdirilirlər.
İxtisasın Gələcəyi
Bu sahəyə yiyələnən şəxslər gələcəkdə tərcüməçi, müəllim, filoloq kimi işləyə bilirlər. Müasir dövr məlumatların qloballaşması, yeni məzmunların sürətlə yayılması dövrüdür. Ədəbiyyatşünaslıq daim inkişafda olan bir sahədir və öyrənilməsi vacibdir. Ədəbiyyatşünaslığın öyrənilməsi ölkə ədəbiyyatına daha dərindən bələd olmaq, həmçinin digər ölkələrlə inteqrasiya və mədəniyyətlərarası əlaqə baxımından zəruridir. Bu sahə üzrə təhsilini başa vuran tələbələr ədəbiyyat və ədəbiyyatın müxtəlif sahələri üzrə elmi fəaliyyətlərini davam etdirə bilərlər.
Universitetlər:
Qərbi Kaspi Universiteti