Filologiya - Ədəbiyyatşünaslıq (türk ədəbiyyatı)

Filologiya - Ədəbiyyatşünaslıq (türk ədəbiyyatı)

Filologiya - Ədəbiyyatşünaslıq (türk ədəbiyyatı)

İxtisasın təsviri:

Ədəbiyyatşünaslıq bədii ədəbiyyatı, onun inkişaf tarixini öyrənən elm sahəsidir. Ədəbiyyatşünaslıq üzrə təhsil alan tələbələr  ölkə ədəbiyyatını, ədəbiyyatşünaslığın nəzəri əsaslarını, yaranma tarixini, metodologiyasını, ədəbiyyatın digər sahələrlə əlaqəsini daha dərindən öyrənir və elmi işçi, “gələcəyin alimi” kimi yetişdirilirlər. Bu müddət ərzində mövzuların dərindən öyrənilməsinə və araşdırılmasına diqqət yetişdirilirlər. Bu müddət ərzində mövzuların daha dərindən öyrənilməsinə və araşdırılmasına diqqət yetirilir.

 

Bu sahə üzrə təhsilini başa vuran tələbələr ədəbiyyat və ədəbiyyatın müxtəlif sahələri üzrə elmi fəaliyyətlərini davam etdirə bilərlər. Ədəbiyyatşünaslıq ixtisasında təhsil aldığımız ölkə ədəbiyyatı ilə yanaşı (Azərbaycan, ingilis, fransız, ispan və s.), ümumi ədəbiyyatşünaslıqla birbaşa bağlı digər fənlər də tədris olunur (məsələn, ədəbiyyatşünaslıq tarixi və metodologiyası, ədəbiyyat və psixoanaliz və s.)

 

 

İxtisasın gələcəyi:

Filologiya çox şaxəli ixtisasdır. Bu peşəyə yiyələnənlər gələcəkdə tərcüməçi, müəllim, filoloq kimi bir çox sahələrdə işləyə bilərlər. Müasir dövr məlumatın qloballaşması, yeni məzmunların asanlıqla və sürətlə yayılması dövrüdür. Bu prosesdə həm digər millətləri anlamaq, həm də öz xalqını dünyaya tanıtmaq üçün filologiya peşəsi mühüm rol oynayır.

 

Harada bu ixtisas sahiblənmək olar:

Bakı Dövlət Universiteti (BDU)