İxtisasın qısa təsviri:
Nanoelektronika elektron inteqral sxemlərinin yaradılmasında fiziki və texnoloji əsasın hazırlanması ilə məşğul olan müasir elektronikanın bir bölməsidir. Nanoelektronikanın hazırkı dövrdə qarşısında duran əsas məsələlər:
- Ölçüləri 100 nm-dən kiçik olan elementlərdən miniatür yeni elektron qurğularının hazırlanması;
- Bunun üçün üsul və texnologiyaların yaradılması;
- Sonda bütün bunların inteqral sxemlər şəklində birləşdirilməsindən ibarətdir.
Nanoelektronika sahəsində çalışan mütəxəssislər qarşılarına qoyduqları məsələləri həll etmək üçün mexanika, materialşünaslıq, fizika, kimya, biologiya və tibb sahəsində əldə edilən son nailiyyətlərdən lazımınca bəhrələnməlidirlər.
İxtisasın gələcəyi:
Müasir elektronikanın qarşısında duran əsas məqsəd isə elektron qurğularının ölçü və kütlələrinin kiçildilməsindən ibarətdir. Yaxın tariximizə nəzər salsaq görərik ki, bu məqsədə müəyyən dərəcədə çatılmışdır. Belə ki, elektrotexniki komponentlərdən elektron lampalarına, lampalardan tranzistorlara,tranzistorlardan inteqral sxemlərə ardıcıl texnoloji keçid müasir mobil telefonların, şəxsi tibbi aparatların və müasir insanın həyatında istifadə edilə bilən daha bir sıra qurğuların yaradılmasına güclü təkan vermişdir.
Universitetlər:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)