Geofizika mühəndisliyi - Seysmologiya və seysmometriya

 Geofizika mühəndisliyi - Seysmologiya və seysmometriya

Geofizika mühəndisliyi - Seysmologiya və seysmometriya

İxtisasın qısa təsviri:

Bu ixtisas ərazilərin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi ilə məşğul olur. Seysmoloji tədqiqatlar əsasında seysmik rejim, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyekt sahələrinin seysmikliyi araşdırılır.

 

İxtisasın gələcəyi:

Qaçınılmaz bir təbiət hadisəsi olan zəlzələlərin xüsusiyyətlərini və öncədən baş verə bilmə ehtimalını aydınlaşdırmaq üçün seysmologiya və seysmometriya ixtisasına hər zaman cəmiyyətdə ehtiyac olacaqdır.

 

Universitetlər:

Bakı Dövlət Universiteti (BDU)