İxtisasın qısa təsviri:
Yerin tarixinin tədqiqi ilə əlaqədar orqanizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını araşdırır. Digər tərəfdən, tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunmasını, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını və bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənir.
İxtisasın gələcəyi:
Keçmişlə əlaqə quran paleontologiya və stratiqrafiya ixtisası həm günümüz üçün, həm də gələcək üçün önəmlidir, çünkü bioloji təkamülün izlənilməsi hər bir dövrün təməlində yer alır.