Məktəbəqədər təhsil (Məktəbəqədər təlim-tərbiyənin metodika və metodologiyası)

Məktəbəqədər təhsil (Məktəbəqədər təlim-tərbiyənin metodika və metodologiyası)

Məktəbəqədər təhsil (Məktəbəqədər təlim-tərbiyənin metodika və metodologiyası)

İxtisasın qısa təsviri:

Məktəbəqədər təlim və tərbiyə uşaqların inkişafında və təhsil həyatlarında ən mühüm hissələrdən biridir. 5-6 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulmuş bu təhsil prosesi onların məktəb həyatlarına hazırlaşması üçün vacib bir prosesdir. Uşaqların intellekt səviyyələrin artırılması, məktəb mədəniyyətinin onlara aşılanması və öyrənməyə qarşı sevginin yaradılması üçün olduqca vacib bir ixtisasdır. Bu prosesdə uşaqların düzgün izlənilməsi, doğru analizlərin aparılmas və uşaqların düzgün metodika ilə öyrədilməsi kimi öhdəliklərə sahib bir ixtisasdır.

 

İxtisasın gələcəyi:

Təhsil həyatımızın ən vacib ünsürlərindən biridir ki, günü-gündən də bu vacibiyyət artmağa davam edir və edəcək. Düzgün bir gələcək təməli yaxşı qoyulmuş bir təhsildən keçir. Xüsusən də təhsildə az yaşlarda olanlaar üçün düzgün müəllim çox vacib bir ehtiyacdır. Bu da uzun müddət bu ixtisasa tələbat olacağı mənasına gəlir.

 

Universitetlər:

  • Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU)
  • Bakı Dövlət Universiteti (BDU) 
  • Bakı Slavyan Universiteti (BSU)
  • Sumqayıt Dövlət Universiteti (SDU)
  • Gəncə Dövlət Universiteti (GDU)
  • Lənkəran Dövlət Universiteti (LDU)