Menecment (Maşınqayırma üzrə)

Menecment (Maşınqayırma üzrə)

Menecment (Maşınqayırma üzrə)

                                                                                                                                                 İxtisasın təsviri: 
  Maşınqayırma üzrə menecment  ixtisası qısa olaraq deyə bilərik ki, bu ixtisas istehsal sahəsinə aiddir. Bu ixtisasın bir çox öhdəliyi vardır ki, bunlara:
→İstehsalın gedişatına nəzarət, istehsalın mərhələlərinin müəyyən edilməsi;
→Real proseslərin və obyektlərin öyrənilməsində elmi, təşkilati və tətbiqi müssəsisələrinin sistem analizi, struktur sintezi, optimallaşdırma və s. proseslər;
→Qəbul olunmuş qərarları qiymətləndirmək;
→Elmi tədqiqat qruplarının işini müəyyən etmək;
→İstehsal sahələrinin işini təşkil etmək və s. göstərmək olar.
Qeyd edək ki, maşınqayırma sahəsi çoxşaxəlidir və bu sahələrin idarəedilməsi olduqca məsuliyyətli və çalışqan olmağı tələb edir.
                                                                                                                                                İxtisasın gələcəyi:
  Menecment hər yerdə lazımlı bir peşədir. İdarəetmə  prosesi hər sahədə olduğundan və xüsusilə “Maşınqayırma” sahəsi bu sahələrin tərkib hissəsi olduğundan bu ixtisasda oxumuş şəxs asanlıqla gələcəyini qura bilər. Maşınqayırma və Menecment bir-birinə sıx bağlı ixtisaslardır. Azərbaycanda Maşınqayırma üzrə menecment prestijli sahədir və gələcək üçün perspektivlidir.
                                                                                                                                                 Universitetlər:
→Azərbaycan Texniki Universiteti