Mexanika ixtisası

Mexanika ixtisası

Mexanika ixtisası

İxtisasın  təsviri

  Mexanik mexaniki sistemlər sahəsində ixtisaslı mütəxəssisdir. Onların necə qurulduğunu başa düşərək, onları dizayn edir və qırılma halında bərpa edir. Peşə qədim Romada yaranaraq, sonrakı dövrlərdə sürətlə inkişaf etdi.Mexanikanın fəaliyyəti çox  sahədə əvəzolunmazdır. Nəqliyyat vasitələri, sənaye müəssisələrində və kənd təsərrüfatı müəssisələrində müxtəlif cihazlara xidmət göstərir. Bu mütəxəsislər işlərində avadanlıqların quraşdırılması, tənzimlənməsi və tənzimlənməsi sahəsindəki biliklərdən istifadə edirlər. 

  Mexanikanın əsas vəzifəsi avadanlığın etibarlı və təhlükəsiz işləməsini təmin etməkdir. Bunun üçün ona baxmalı, nizamlı müayinədən keçməli, düzgün işləməsinə nəzarət etməli və yüksək keyfiyyətli təmir işləri aparmalıdır.Yeni avadanlıqların qəbulu və quraşdırılmasında iştirak etməli, işləkliyini yoxlamalı, ən optimal iş rejimlərini konfiqurasiya etməlidir. Mexanika müasir texnikanın, maşın və mexanizmlərin, müxtəlif inşaat, körpü və qurğuların elmi əsasıdır. Bu sahəni universal hesab etmək olar. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun ixtisasdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsini,saxlanılmasını təmin etmək
  • ➝ Mövcud texnikanın yenidən qurulması və yeni avadanlıqların yaradılması üçün texniki şərtlər hazırlamaq;
  • ➝ Mexaniki avadanlıqların vaxtı vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək
  • ➝ İstehsal qurğu və avadanlıqlarına mütəmadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalın texniki hazırlığını təmin etmək
  • ➝ Avadanlıqların modernləşdirilməsi və qurğuların vəziyyətinə texniki baxışı təşkil etmək
  • ➝ Yeni avadanlıqların və qurğuların quraşdırılması , yeni texnikaların mənimsənilməsi
  • ➝ Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
  • ➝ Avadanlıqlar, qurğular və dəzgahlar üzrə metodiki, normativ aktlar hazırlamaq
  • ➝ İstehsal gücü və avadanlıq yüklənməsini hesablamaq;
  • ➝ Məhsulların qaynaq və montaj proseslərinin düzgünlüyünü yoxlamaq;
  • ➝ Gündəlik iş keyfiyyətinə nəzarət etmək;
  • ➝ Texniki sənədləri yoxlamaq;
  • ➝  Mexanika ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq fizika, riyaziyyat fənnini tədris edə bilər.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Socar
  • ➝ BP
  • ➝ BOS Şelf
  • ➝ Weir Oil and Gas və s. şirkətlər.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • ➝ AutoCad SolidWorks, CorelDraw, SCAD və 3ds Max proqramlarında işləməyi bacarmaq;
  • ➝ Materialların xassələrini və xüsusiyyətlərini bilmək ;
  • ➝ Müxtəlif şirkətlərdə təcrübə keçməli və oradakı cihaz və  avdanlıqlarla tanış olmalı, həm nəzəri həm də praktiki cəhətdən onların iş prinsiplərini və təmirini bilmək;
  • ➝ Texnologiyaya maraq və texniki fərasət;
  • ➝ İşə yaradıcı münasibət;
  • ➝ Sürətli reaksiya;
  • ➝ Konstruktiv və məntiqi düşüncə;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  • ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;

İxtisasın gələcəyi

  Ətrafımıza baxdığımız zaman gördüyümüz bütün əşyalar mexanikanın ayrılmaz hissəsidir. Çünki bunların istehsalı üçün nəzərdə tutulan materialı mexaniklər hazırlayır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən mexanika  ixtisası hal-hazırda texnologiya əsrində yaşadığımız üçün ən vacib ixtisaslardan biridir. Məsələn, robot istehsalını mexanika olmadan düşünmək mümkün deyildir. Çünki robotların hərəkət prinsipləri mexanikadır .

Əmək haqqı

  Mexaniklərin məvacibləri 700-1500 AZN  arasında dəyişir. Özəl şirkətlərdə  isə bu rəqəm daha yüksək ola bilər.