Nəqliyyat xidməti cəmiyyətin ən vacib ehtiyaclarından biridir. Nəqliyyat tikintisi mühəndisi mahiyyətcə geniş ixtisas sahəsinə malik mühəndisdir. Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Fizika, riyaziyyat və coğrafiya ilə maraqlananlar üçün uyğun sahədir. Nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dəyişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını artırmaları tələb olunur.
İxtisasın tarixi
Nəqliyyat tikintisi mühəndisliyi Mülki mühəndisliyə (Civil Engineering) daxil olan mühəndislik qollarından biridir. Mülki mühəndislik üzrə ilk universitetlərin fəaliyyəti isə 1830 –cu illlərə təsadüf edir.
Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)
➝ Yollar, suötürücü və kommunikasiya ötürücü borular, drenaj sistemlərinin tikintisi və təmirinin planlaşdırılması və layihələşdirilməsi, smetanın tərtib olunması;
➝ Dəmir yolları, hava limanlarının uçuş-enmə zolaqlarının və digər qurğuların tikintisi və təmirinin planlaşdırılması, lahiyələşdirilməsi, smetanın tərtib olunması, sxeminin çəkilməsi;
➝ Nəqliyyat layihələrinə nəzarət edilməsi ilə əlaqədar texniki vəzifələri yerinə yetirilməsi;
➝ İndiki və gələcək rabitə xətlərinin – təbii landşaft, relyef, torpaq, axan və yeraltı suların, mövcud dəmir yollarının və magistral yolların vəziyyəti, indiki və gələcəkdə nəqliyyatın intensivliyi üçün şərtlərin aydınlaşdırılması və izah edilməsi;
➝ Əməyin mühafizəsinin sosial, iqtisadi, ekoloji, tibbi və etik aspektləri nəzərə alınmaqla yol təhlükəsizliyi və nəqliyyat inşaatının planlaşdırılması və idarə edilməsi.
➝ Rabitə xətlərinin və quruluşlarının sökülməsi;
➝ Texniki sənədlərin mövcud standartlar və tənzimləmə tələbləri ilə yoxlanılması;
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
➝ Bakı Mühəndislik Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
➝ Azərbaycan Dəmir Yolları;
➝ Bakı Nəqliyyat Agentliyi;
➝ Nəqliyyat tikintisi layihələrin həyata keçirən özəl tikinti şirkətləri;
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Nəqliyyat tikintisi mühəndisi öncəliklə mühəndislik problemlərinin düzgün müəyyən edilməsi və həll olunması üçün zəruri olan riyaziyyat və fizika elmi bazasına malik olmalıdır. Həmçinin mühəndislərdə dizayn və rəsmxətt, müxtəlif proqram təminatlarından istifadə edərək vizuallaşdırma, modelləşdirmə bacarıqları da yüksək səviyyədə inkişaf etməlidir;
➝ Layihə idarəetmə bacarıqları, liderlik və kommunikasiya bacarıqları;
➝ Yaradıcılıq, kreativlik olmaq;
➝ Məkan təsəvvürünə malik olmaq;
➝ Qabaqcıl perspektiv düşüncə bacarığı;
➝ Tənqidi düşünmə bacarığı;
➝ Analitik düşüncə bacarığı;
➝ Detallara diqqət yetirməyi bacarmaq;
➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
➝ Dəqiq, balanslı və məsuliyyətli qərarlar qəbul etmək bacarığını;
➝ Məsuliyyətli olmaq;
İxtisasın gələcəyi
İxtisas həm beynəlxalq, həm də lokal perspektivdə ixtisaslı kadrlar üçün perspektivli sahədir. Xüsusən də ölkəmizin coğrafi mövqeyi, İpək Yolu və cənub-şimal dəhlizi kimi proyektlərdə mühüm rol oynaması ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır.
Əmək haqqı
İxtisas üzrə əməkhaqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:
400-1500 azn
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.