Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)
Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)
İxtisasın təsviri
Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.
İxtisasın tarixi
Nəqliyyat servisi yeni yaranmış bir ixtisasdır. Hal-hazırda dünyada və ölkəmizdə nəqliyyat sahəsinin inkişafı bu ixtisası daha da perspektivli edir.
Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)
➝ Beynəlxalq yükdaşımalara nəzarət
➝ Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət
➝ Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi
➝ Nəqliyyatda təhlükəsizlik məsələrini bilməli və qeydə almalı
➝ Yolların nizamlılığın tənzimləməsinə nəzarət etməli
➝ Nəqliyyat sistemlərinin idarəsinə baxmalı
➝ Nəqliyyatın iqtisadiyyatına, infrastrukturuna diqqət etməli
Nəqliyyat sahəsi “Turizm” sektoruna böyük təsir edir. Nəzərə alsaq ki, hazırda dünyada və ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və burada “Nəqliyyat” sahəsinə böyük ehtiyac duyulacaqdır. Bu baxımdan ixtisasın gələcəyi perspektivlidir.
Əmək haqqı
Dövlət və özəl sektordan, iş yerindən asılı olaraq əmək haqqı 300-1500 AZN arası dəyişir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.