Gəncədə gənclər üçün karyera dəstək tədbirləri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən Gəncədə gənclər üçün karyera dəstək təlimləri keçirilib.
Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) dəstəyi ilə Gəncə Gənclər Evində keçirilən təlimlər “Karyera planlaması” və “Sabit və dəyişkən düşüncə tərzi” olmaqla iki mövzuda olub.
Ümumilikdə 70 nəfər gəncin iştirak etdiyi təlimlərdə Agentliyin əməkdaşları mövzu ilə bağlı bilik və təcrübələrini gənclərlə bölüşüb. Sonda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.