"İşgüzar söhbətlər" layihəsi çərçivəsində növbəti seminar keçirildi.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində növbəti vebinar baş tutub.
Keçirilən seminarda spiker qismində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının qrafik dizayneri Zeynəb Əkbərli çıxış etmişdir.
Seminarda əsasən aşağıdakı mövzular əhatə olunub:
- Dizaynda kommunikasiyanın önəmi;
- Effektiv kommunikasiya üçün diqqət edilməli məqamlar;
- Məhsulun hazırlanması üçün düzgün məlumatın əldə edilməsi.
Bu kimi seminarlarda iştirak etmək üçün Mərkəzi Karyera filialının lnstagram səhifəsini izləyə bilərsiniz.