Peşə təhsili üzrə təhsil alan tələbələr üçün yeni karyera imkanları yaradılır.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə peşə təhsili müəssisələrinin karyera məsləhətçiləri arasında tələbələr üçün yeni karyera imkanları müzakirə edilib.
Aparılan müzakirələrə əsasən Mərkəzi Karyera filialı tərəfindən peşə təhsili müəssələrinin karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşməsinə mütəmadi dəstək göstərilməsi nəzərdə tutulub və bu məqsədlə peşə təhsili müəssisələrinin tələbələri üçün birlikdə yeni layihələrin həyata keçirilməsi gözlənilir.
Görüşdə 35 peşə təhsili müəssisəsindən nümayəndə iştirak edib.
Sonda tərəflər birgə qarşılıqlı əməkdaşlığın edilməsi və mütəmadi görüşlərin keçirilməsi ilə bağlı razılığa gəliblər.