Peşələr Festivalına Quba rayonunda start verildi.

Peşələr Festivalına Quba rayonunda start verildi.

Peşələr Festivalına Quba rayonunda start verildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə artıq ikinci dəfə keçirilən Peşələr Festivalına başlanıb. Festivala Quba rayonunda start verilib.

 

Çıxış edənlər Festivalın əhəmiyyətindən bəhs edib, məktəblilərin, tələbələrin, ümumilikdə gənclərin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndiriblər. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.   Bu dəfə də ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.  

 

Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək.

 

Növbəti festival 30 oktyabr 2023-cü il tarixində İsmayıllı rayonunda keçiriləcək.

 

Tədbirə dair fotoşəkillərlə daha yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz.