Bilik yarışı

Bilik yarışı

Bilik yarışı

 

HƏDƏF KÜTLƏ:

9-11 -ci siniflər.

TARİX: 

22 Yanvar 2022

Məqsəd:

Abituriyentləri keyfiyyətli istirahətlə təmin etmək, İxtisas.az -ı abituriyentlər arasında tanıtdırmaq.

Nəticə:

8 nəfər qeydiyyatdan keçdi, 6 nəfər iştirak etdi. İki 9-cu sinif, dörd 11-ci sinif. Üç raund, hərəsində 5 sual.

Hər sualın çətinlik səviyyəsinə uyğun bal verildi.

SUALLAR:

1ci Raund:

  1.  Kiçik Qafqazda yerləşən bu şəhərdə Azərbaycanın ən böyük barneoloji kurortlarından biri yerləşir. Bu hansı şəhərdir?(15bal)

        - Naftalan şəhəri 

  1.  Səmanın mavi rəngdə olmasını izah edən işığın yayılması qanunu bu ingilis fizikinin adını daşıyır.(30 bal)

           - Con Uilyam Reley

  1.  Orta Asiya xalqlarında Ətəkləri üst üstə gələn yaxası açıq bir geyim var. Bir Azərbaycan filmində də bunu geyinən Piyaner və Xan Keçmişə və gələcəyə səfər edir. Söhbətin nədən getdiyini bildinizsə 1964 cü ildə çəkilən filmin adını cavab kartlarınıza yazın (10 Bal)

  • Sehrli Xalat

  1. 1937-ildə rus emiqrantlarının ciddi səyi nəticəsində Kantonda bu şairə heykəl ucaltmışdılar.(15 Bal)

           - Puşkin

  1. Hüseyn Cavid həbs olunarkən ona lazım olan əşyaları götürmək göstərişi verilmişdi.Daim həyat yoldaşının qayğısına qalan,həyatının xoş keçməsinə çalışan Mişkinaz xanım Cavidin BUNU götürməsinə mane olur.Bunun adını deyin.?(30 Bal)

            - Saat.

 

2ci Raund:

  1. Bu abidənin hər bir kvadratmetrində orta hesabla 5 min, mürəkkəb yerlərində isə 14 min ağac və şüşə şəbəkədən istifadə edilib. Bu hansı tarixi abidəmizdir?(15 Bal)

            -Şəki Xan Sarayı

           2.  2002-ci ildə Devid Uorren Aviasiyanın inkişafına verdiyi tövhəyə görə Avstraliya ordeni aldı.Bəs o,nəyin ixtiraçısıdır?(20 Bal)

          -  Qara Qutu

3.E.ə VI əsrdə yaşamış Sanjaya Belathaputta ölümdən sonrakı həyat haqqında danışarkən tez-tez heç nəyin dəqiq olmadığını söyləyirdi. Güman edilir ki, Sanjayananın fikirləri bu cərəyanla üst-üstə düşür.(25 Bal)

          - Aqnostizm

4. Aleksandr Fleminq Birinci Dünya Müharibəsi illərində Fransada hərbi hospitalda yaralıları sağaldırdı. Mett Makkarti yazır ki, Fleminqin ezamiyyəsi başa çatmaq üzrə olanda həmin hospitalda ONLARIN sayı yaralıların sayından əhəmiyyətli dərəcədə çox idi. Onların kim olduğunu yazın. (15 Bal)

         - İspan qripinə yoluxanların

5. Tac Mahal məqbərəsi hansı Moğol imperatorunun həyat yoldaşının adına tikilmişdir? (25 Bal)

-Cahan şah


 

3cü Raund:

  1. Maraqlı fəndlər ilə qollar vuran Makedoniya oyunçusu Qoran Pandevin ləqəbi onun soy adı və soy addan öncə deyilən bir idman növü adından ibarətdir. Bir cizgi filimdə isə Panda ustad ŞiFudan bu idmanın sirlərini öyrənirdi. Hansı idman növündən söhbət gedir? (10 bal)

-Kunq Fu

2. Kölgə iqtisadiyyatına aid olan bu termin qeyri leqal şəkildə əmtəə-pul mübadiləsini nəzərdə tutur. Bu hansı termindir?(20 Bal)

           - Qara bazar

3.  Qədim Romalılar bu Afrika canlısını “ kameleopard” yəni, dəvə və leopardın qarışığı hesab edirlər. Bu hansı heyvandır?(15 bal)

        - Zürafə

4.Ziqmund Freyd deyirdi: X-lər reallığın əksidir, reallıq isə X-lərin əksidir. X həm də 2001-ci ildə çəkilən və ən maraqlı obrazı "Əlabbas" olan Azərbaycan filmidir. X-in nə olduğunu bildinizsə onu bir sözlə cavab kartlarınıza yazın. (30 Bal)

 

Cavab: Yuxu.

5.  Böyük vətən müharibəsi vaxtı X-in funksiyasını bir Sibir şəhərindəki bina yerinə yetirirdi. X-i biz həmdə Məhəllə-2 filminin ən maraqlı "ağlaşma" səhnəsində də görmüşük.Moskva şəhərində yerləşən X-i biri xüsusi isim olmaqla 2 sözlə yazın.(25 Bal)

           -Leninin mavzoleyi

 

Bonus sual: Bir mənbədə küçələrdə sahibsiz itlərin çoxalmasının Bakıda itlər üçün …ə səbəb olacağı bildirilib. …in XVI əsrdə baş verdiyini bilərək nə olduğunu yazın. (50 bal)

  • Varfolomey gecəsi

 

Qalib seçilmə: Sonda hər komandanın balları toplanır, daha çox bala sahib olan qalibdir.


 

Hədiyyələrimiz:

  1. 1ci yer 50 faiz

  2. ci yer 25 faiz enirim -- İnk Academy ingilis dili kursuna.

 

Qeyd: Biz tərəfdən hər kəsə sertifikat, kupon,  stiker verildi.

 

Tərəfdaşlarımız: İnk.academy, Bookzone.

Moderator: Fatimə

Prosesə nəzarətçi: Mətin

Bal hesablayan: Günay