Uğur çıxışları

Uğur çıxışları

Uğur çıxışları

Layihənin məqsədi:

Dövlət Məşğulluq Agentliyi və İxtisas.az-ın birgə əməkdaşlığı ilə keçiriləcək layihənin məqsədi abituriyent və şagirdləri karyera və təhsil həyatında uğur qazanmış insanlar, onların hekayələri və təcrübələri ilə tanış etməkdir.

 

Spikerlər və Mövzular:

 

•  İsrayıl Ələkbərov - "Hər şey yaxşı "olajax" 

• Elvira Bağırova - "Özünəgüvən və gələcəyə inam"

• Şamil Mustafayev - “İxtisas seçimində tələb olunan cəsarət”

• Babək Tağıyev - "3 tövsiyə"


  1. İsrayıl Ələkbərov

 

Azərbaycan Dövlət İqtisad Universitetinində bakalavr təhsilini bitirmiş spikerimiz Amerikada FLEX məzunu olmuş, sonralar Erasmus+ ilə Leicester Universitetindən, magistr üzrə isə Tulsa universitetindən Biznes Analitikası üzrə məzun olmuşdur.

 

Marketinq və biznes analitika sahəsi üzrə bir çox şirkətdə çalışmış İsrayıl hazırda dünyada öz sahəsində reytinqlər siyahısında ən yüksək şirkətlərdən biri olan “Thermo Fisher Scientific” şirkətində “Marketing and Audience Development Analyst” olaraq çalışır.

 

  1. Elvira Bağırova

 

   Sahibkar olan Elvira xanım 17 yaşından etibarən əmək bazarına öz addımını atmış, daha sonra sıfırdan öz biznesini qurmuşdur. 

 

O, “Come in” restoranının təsisçisi,

“Bd kids – uşaq və yeniyetmələr üçün təlim mərkəzi”nin rəhbəri, “Alpha-Omega” və “Nabat talks” şirkətlərinin təsisçələrindən biridir.

  

  1. Şamil Mustafayev

 

O, Bolqarıstanda yerləşən Amerikan Universitetinə “Kompüter Elmləri və İnformasiya Sistemləri” üzrə ikili ixtisasla bakalavr səviyyəsi, Niderlandın Eyndhoven Texnologiya Universitetində Biznes “İnformasiya Sistemləri” üzrə magistratura səviyyəsi üzrə təhsilini tamamlamışdır. 

 

Şamil bəy dünyanın top IT konsaltinq şirkətlərindən biri olan “Capgemini”də biznes prosesləri mühəndisi vəzifəsini icra etmiş, 2022-ci ildən Səudiyyə Ərəbistanında başlayan layihəyə Aparıcı Biznes Arxitekti olaraq çalışmağa başlamışdır.

 

“Milli Dəstə” azarkeş qrupunun həmtəsisçi, eyni zamanda Benilüksdə “Azərbaycanlı Tələbələr və Məzunlar birliyi”nin həmtəsisçisi və müşahidə şurasının üzvüdür.

 

  

  1. Babək Tağıyev 

 

Azərbaycan Dövlət İqtisad Universitetinfə təhsil almış Babək bəy uzun illər maliyyə sahəsi üzrə kredit təşkilatı və banklarda çalışmışdır, hal-hazırda isə Dövlət Məşğulluq Agentiyinin Qarabağ Regional filialının rəhbəri vəzifəsini icra edir.

 

 

Nəticə:  Görüş boyunca ixtisas seçimi zamanı yaranan problemlər, karyera həyatında üzləşə bilinəcək çətinliklər, bütün bunlara ətraf mühitin təsiri kimi mövzulara həll yolları ilə birgə toxunuldu. Bizə müraciət edən iştirakçıların sayı 208, iştirak edənlərin sayı 60 nəfər idi. 5 iyun 2022-ci il tarixlərində layihənin icrası Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə baş tutdu.