Regionşünaslıq ixtisası (Qafqaz ölkələri üzrə)

Regionşünaslıq ixtisası (Qafqaz ölkələri üzrə)

Regionşünaslıq ixtisası (Qafqaz ölkələri üzrə)

İxtisasın təsviri

 Qafqazşünaslıq ixtisası dedikdə yaşadığımız Qafqaz regionunun hərtərəfli öyrənilməsi başa düşülür. Bu ixtisasın tədrisi zamanı daha çox ağırlıq Cənubi Qafqaz regionuna verilsə də, Şimali Qafqaz haqqında da kifayət qədər geniş biliklər verilir. İxtisasın tədris olunduğu dörd il ərzində digər Qafqaz ölkələriylə bağlı fənlərdən əlavə, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənlər də keçirilir

İxtisasın  tarixi

      İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

    Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.  Bakı Dövlət Universitetində ixtisasın yer aldığı fakültə “Şərqşünaslıq” bölməsi olaraq 1919-ci ildən  yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi sahələrin tədrisi.

 Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Dövlət Universitet

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəssis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Yüksək coğrafi, tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Azərbaycan, rus,gürcü, erməni dillərini mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

  Müasir dövrümüz üçün bu ixtisas çox perspektivlidir. Qafqaz dillərini mükəmməl şəkildə bilənlər üçün geniş iş imkanları var. Bütüb bunları nəzərə alaraq, bu sahə üzrə ixtisaslaşmasını düzgün seçim hesab etmək olar.

Əmək haqqı

  Bu ixtisas üzrə məvaciblər fəaliyyət sahələrinə, peşə sahibinin bilik və bacarıqlarına görə fərqlənir. İxtisas üzrə orta aylıq əmək haqqı 500-1000 AZN aralığında dəyişir.