Su bioehtiyatları və akvakultura ixtisası bakalavr dərəcəsi üzrə tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Həmçinin bu sahəni öyrənməklə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, bu su hövzələrində yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Dünya akvariumları və okeanariumlar, nəsli kəsilməkdə olan və nadir balıq növləri üçün genetik materialın anbarına çevrilmişdir. Bu məsələ ixtisas sahiblərini nadir növləri xilas etmək üçün beynəlxalq proqramın dəyərli iştirakçılarına çevirir. Hidrobionlarım çoxyönlü araşdırılması, ümumiyyətlə, biologiya üçün vacib olan bir sıra vacib kəşflər etməyə imkan verir. Bu sahə üzrə təhsil alan tələbələr əsasən balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Balıqların yemləndirilməsi və çoxaldılması üsullarını həyata keçirmək;
➝ Su hövzələrində yayılmış bitki örtüyünün, xüsusilə də yosunların tədqiqatı ilə məşğul ola bilmək;
➝ Balıqların anatomik quruluşunu, onların təkamül inkişafını, çoxalma xüsusiyyətlərini və yaşayış yerlərini öyrənmək;
➝ Balıqların qorunması fəaliyyəti, populyasiyanın azalması və nəsli kəsilmə təhlükəsinin müəyyənləşdirilməsi;
➝ Balıqların yaşayış şəraitinin öyrənilməsi, fərdi növlərin yetişdirilməsi üçün əlverişli mühitin əsas meyarlarının müəyyənləşdirilməsi;
➝ Balıq məhsullarının baytarlıq və sanitariya qiymətləndirməsinin aparılması;
➝ Balıq təsərrüfatlarında proseslərin optimallaşdırılması;
➝Akvarium sakinlərinə və floraya diqqətli qulluq;
➝Akvariumda təmizliyi və optimal temperaturu saxlamaq.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
➝ Bakı Dövlət Universiteti
➝ Qərbi Kaspi Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar (şirkət və sahə qeyd etmək olar)
➝ İxtisas üzrə təhsil müəssisələrində
➝ Müxtəlif araşdırma mərkəzlərində
➝ Elmi Tədqiqat İnstitutlarında
➝ Balıqların çoxaldılması ilə məşğul olan qurumlar (məs. Neftçala, Qəbələ)
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Təbiət elmlərini dərindən mənimsəmək;
➝ Laboratoriyada işləmək bacarığı;
➝ Tədqiqat bacarığı;
➝ İntellektual inkişaf. Mütəmadi olaraq inkişaf etmək, elmi istiqamətləri izləmək, yeni sahələri öyrənmək;
➝ Səbirli olmaq;
➝ Dözümlülük. Yaxşı fiziki hazırlıq uğurlu tədqiqat və ekspedisiya keçirmə şansını əhəmiyyətli dərəcədə artırır;
➝ Məntiqi düşüncə. Toplanmış məlumatları təhlil etmək, balıq ovu üsullarının səmərəliliyini müəyyənləşdirmək, müəyyən balıq növlərinin populyasiyasını artırmaq və bərpa etmək qabiliyyəti mühakimələrdə ardıcıllıqla hərəkət və məntiq tələb edir;
➝ Təbiətə maraq və sevgi;
➝ Uzunmüddətli müşahidə bacarığı;
➝ Punktuallıq və məsuliyyət;
İxtisasın gələcəyi
Hal-hazırda Azərbaycanda neft sektorundan qeyri-neft sektoruna keçid olduğu üçün, eləcə də kənd təsərrüfatına daha geniş diqqət ayrıldığı üçün bu sahənin perspektivli hesab etmək olar.
Əmək haqqı
Bu mütəxəsislərin gəliri təkcə onun təcrübəsindən və bilik və bacarıqlarından deyil, həm də təşkilatdan, qeydiyyata alındığı bölgədən asılı olaraq dəyişir. Orta aylıq əmək haqqı 300 – 1000 AZN civarındadır.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.