Balını yoxla

Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil ixtisası 11 universitetdə 17 proqram üzrə tədris olunur. keçid balları: 294,1 – 451,9 bal.

11universitet
451,9ən yüksək keçid
294,1ən aşağı keçid
14dövlət sifarişli proqram

Məktəbəqədər təhsil — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Pedaqoji UniversitetiCəlilabad filialı
Əyani · 122682
Əyani 451,9 306,5 —
Azərbaycan Dillər Universitetitədris ingilis dilində
Əyani · 126279
Əyani 441,3 441,3 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151534
Əyani 440,9 313 —
Bakı Dövlət UniversitetiQazax filialı
Əyani · 112784
Əyani 438,6 312,1 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149534
Əyani 429 328,9 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞəki filialı
Əyani · 122528
Əyani 427,4 322,7 —
Naxçıvan Müəllimlər İnstitutu
Əyani · 143564
Əyani 425,7 294,1 —
Odlar Yurdu Universiteti
Əyani · 164398
Əyani 425,3 301 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiAğcabədi filialı
Əyani · 122617
Əyani 424,2 316,2 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148554
Əyani 424 386,5 —
Bakı Slavyan Universiteti
Əyani · 127242
Əyani 423,6 398,7 —
Gəncə Dövlət Universiteti
Əyani · 145451
Əyani 423 362,3 —
Azərbaycan Dövlət Pedaqoji Universitetitədris ingilis dilində
Əyani · 122196
Əyani 423 391,3 —
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122171
Əyani 421,9 407,2 —
Bakı Qızlar Universiteti
Əyani · 163158
Əyani — 348,6 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiQuba filialı
Əyani · 122763
Əyani — 313,1 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞamaxı filialı
Əyani · 122422
Əyani — 310,5 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Məktəbəqədər təhsil ixtisası haqqında

Məktəbəqədər təhsil ixtisası

İxtisasın təsviri

Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. Məktəbəqədər hazırlıq 5 – 6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu qruplarda həftəlik məşğələlərin sayı öncədən hazırlanmış plan əsasında həyata keçirilir. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün isə məktəbəqədər xüsusi təhsil müəssisələri yaradılmışdır. 1 il müddətinə icbari formada tədris edilir.

Bu yaş dövrlərinin xüsusiyyətlərini bilmək və təhsil zamanı uyğun tədris və tərbiyə metodlarından istifadə etmək burada çox vacib amillərdəndir. Əsas məsələ, müxtəlif didaktik oyunlar və s. vasitəsi uşaq bunu fərq etmədən ona yeni bilik və bacarıqlara qazandırmaqdır. Burada uşaqlara çox böyük məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir.

İxtisasın tarixi

1992-ci ildə bu ixtisas Pedoqogikanın tərkibində tədris edilmişdir. 2015-ci ildən isə məktəbəqədər təhsil adlanır. AR Nazirlər Kabinetinin 11 iyul 2016-cı il qərarı ilə 2016-2017-ci dərs ilindən başlayaraq məktəbəqədər yaşlı uşaqlara tədris edilir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • Uşaqların oxumaq həvəsinin, onların məktəbə müsbət emosiyalı münasibətinin inkişaf etdirilməsi;
  • Uşaqların məktəbə adaptasiyasını təmin etmək ;
  • Uşaqların şəxsi – sosial xüsusiyyətlərinin formalaşdırılması;
  • Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı;
  • Yüksək əxlaqi dəyərlərin və vətəndaşlıq hislərinin inkişaf;
  • Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı;
  • Qruplarla işləmə bacarığının formalaşması;
  • Özünüqiymətləndirmənin formalaşması;
  • Ünsiyyət bacarığının formalaşdırılması;
  • Fiziki qabiliyyətlərin inkişaf etdirilməsi;
  • Valideynlər ilə davamlı əlaqədə olmaq;
  • Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
  • Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
  • Pedaqoji prinsiplərə riayət etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad filialları)
  • Bakı Dövlət Universiteti (Qazax filialı)
  • Bakı Qızlar Universiteti
  • Bakı Slavyan Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu
  • Lənkəran Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Dövlət bağçaları;
  • Özəl müəssisələr:
  • Profi Group;
  • Balaca Alim Uşaq Bağçası;
  • Nağıllar Aləmi Uşaq Bağçası;
  • Elli’s Academy;
  • Melissa Group;
  • Kaspi Kids;
  • Creative Education and Training Academy və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komanda ilə işləmə bacarığı;
  • Sinif idarəedilməsi bacarığı;
  • Öyrətmək həvəsi;
  • Azyaşlı uşaqlarla çalışma bacarığı;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;
  • Pedaqoji ve psixoloji biliklərin olması;
  • Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti;
  • Səbrli və təmkinli xarakterə sahib olmaq;
  • İşə məsuliyyətli yanaşmağı bacarmaq ;
  • Şagirdlərin nə istədiyini anlamaq;
  • Bildiklərinin tətbiqini bacarmaq;
  • Öyrənməyi və öyrətməyi bacarmaq;
  • Daim yenilikçi olmaq;
  • Sosial yönümlü olmaq;
  • Empatiya bacarığı.

İxtisasın gələcəyi

Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərini əhatə etdiyinə görə erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Buna görə də bu ixtisas istənilən dövr üçün aktualdır.

Əmək haqqı

Bu sahə üzrə əmək haqqı 300 – 700 AZN aralığında dəyişir.

Tez-tez verilən suallar

Məktəbəqədər təhsil (Quba filialı) ixtisasının keçid balı neçədir?

qəbulunda Məktəbəqədər təhsil (Quba filialı) ixtisası üzrə keçid balları 294,1 ilə 451,9 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 451,9 baldır.

Məktəbəqədər təhsil (Quba filialı) ixtisası hansı universitetlərdə var?

Məktəbəqədər təhsil (Quba filialı) ixtisası 11 universitetdə tədris olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Qızlar Universiteti.

Məktəbəqədər təhsil (Quba filialı) hansı qrupa aiddir?

Məktəbəqədər təhsil (Quba filialı) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Məktəbəqədər təhsil (Quba filialı) ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Məktəbəqədər təhsil (Quba filialı) ixtisasına ən aşağı keçid balı 294,1 olub. Ödənişli yerlər 17 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂