Hər kəs öz yerini tapsa həyatda, sanki, xəzinə var başının altda. — M. Şəhriyar
Hər birimiz uşaq ikən gələcəkdə kim olacağımız haqda xəyallar qurub, valideynlərimizlə, dostlarımızla bunu bölüşmüşük. Amma artıq böyümüşük və ciddi qərar vermək vaxtı yaxınlaşıb.
Qloballaşan, sürətlə hərəkətdə olan dünyamızda peşələrin çox olması, hər gün daha da artması və rəngarəngliyi qərar qəbul etməyimizi çətinləşdirir. Düzgün ixtisas seçimi insanın peşəkar həyatının vəsiqəsidir — gələcəkdə quracağı karyera, hətta bəlkə də bütün həyatı bu seçimdən asılıdır.
Hərdən qərar vermək istəsək belə haradan və necə başlamaq lazım olduğunu bilmirik: bu seçim zamanı nələrin əsas olduğunu, hansı məsələlərə daha çox diqqət etməli olduğumuzu, yanlış qərar verməmək üçün nə etmək lazım olduğunu. İxtisas.az komandası məhz bu suallara cavab tapmaqda sənin bələdçin olmaq üçün yaradılıb.
Missiyamız
Abituriyent qərarını təxminə yox, rəqəmlərə əsaslansın. Hər il minlərlə abituriyent balını bilir, amma hansı ixtisasa və universitetə real şansı olduğunu bilmir. Biz rəsmi keçid ballarını, ixtisasları və universitetləri bir yerdə, anlaşılan formada təqdim edirik.
İxtisas.az-ın əsas məqsədi abituriyentlərə ixtisaslar barədə dolğun məlumat verərək daha şüurlu ixtisas seçimi etməkdə dəstək olmaqdır.
Nə edirik
- Bal analizi — balınla keçdiyin ixtisasları dövlət sifarişi və ödənişli olaraq göstəririk.
- Aİ məsləhətçi — maraqlarına və balına görə istiqamətləri süni intellekt izah edir, fərdi hesabat hazırlayır.
- Bal hesablayıcı — düzgün cavablarından DİM formulu ilə balını hesablayırıq.
- Peşə seçimi testi — maraqlarına uyğun peşə tipini və ixtisasları kəşf edirsən.
- İxtisaslar haqqında məlumat — hər ixtisasın təsviri, iş imkanları, harada oxumaq və harada işləmək olar.
- Konsultasiya — canlı və onlayn görüşlərdə mütəxəssislərimiz sənə uyğun variantları birlikdə axtarır.
- Türkiyədə təhsil — tərəfdaşlarımızla xaricdə təhsil üçün sənədləşmədən qəbula qədər dəstək.
Necə işləyirik
- Rəsmi məlumat. Keçid balları Dövlət İmtahan Mərkəzinin (dim.gov.az) dərc etdiyi rəsmi qəbul nəticələrinə əsaslanır.
- Aydın dil. Mürəkkəb qaydaları sadə, anlaşılan və Azərbaycan dilində izah edirik.
- Şəxsi yanaşma. Hər abituriyentin vəziyyəti fərqlidir — konsultasiyada məhz sənə uyğun variantları axtarırıq.
Tərəfdaşlarımız
İxtisas.az layihəsinin baş sponsoru Paşa Holdingdir — layihənin başlanğıcından hər mərhələdə yanımızda olub. Regional tərəfdaşımız Gənclərin İnkişaf və Karyera Mərkəzidir: birlikdə regionlarda abituriyentlər üçün ixtisas seçimi seminarları təşkil edirik. Xaricdə təhsil istiqamətində tərəfdaşımız Akademi.az-dır.
Bizimlə əlaqə
Ofisimizə gəl və ya onlayn görüş təyin et — mütəxəssislərimiz suallarına cavab versin. Telefon və WhatsApp: +994 51 526 5115, e-poçt: salam@ixtisas.az. Ətraflı: Əlaqə.