Koreya ya karyera?!

Koreya ya karyera?!

Koreya ya karyera?!

Koreya ya karyera?!

  Əziz oxuyucular, Koreya dili Tərcümə” ixtisası barədə danışsaq, öncəliklə onu deməliyik ki, əgər universitetə sadəcə gəlib getmək, yeni insanlar tanımaq, hərbi xidmətin vaxtını ləngitmək üçün qəbul olursunuzsa, bu ixtisas sizə yaramayacaq. Sırf oxumaq və öz üzərində işləyib yaxşı mütəxəssis olmaq istəyirsinizsə, bütün çətinlikləri kənara qoyub, geniş perspektivi olan bu ixtisası seçə bilərsiniz.

  Tərcümə fakültəsi tərkibində 20 ildən çoxdur fəaliyyət göstərən “Korea Corner” hər il müxtəlif tədbirlər keçirir. Əsasən inşa müsabiqələri, quizlər, kino festivalları və s. hər il koreyasevərlərin maraqına səbəb olur. Hal-hazırda tam müasir innovasiyalarla təchiz olunan Koreya mərkəzinin qapıları sözün əsl mənasında tələbələrin üzünə hər zaman açıqdır. İstədiyiniz zaman daxil olub bütün infrastrukturdan istifadə edə bilərsiniz.

  Təhsil prosesi isə çox səmimi və əyləncəlidir. Əvvəl Koreyalı müəllimlər çoxluq təşkil etsə də, hal-hazırda onları yerli mütəxəssislər əvəz edib. İlk günlər hərflər, cümlə sturukturu qorxulu görünə bilər, amma göründüyü kimi “ilan-qurbağa” deyil. Bəziləri Koreya hərflərinin heroqlif olduğunu düşünür, lakin yanlış düşüncədir. Tamamilə asan qavranılan hərflərdən ibarətdir ki, hətta yazarkən çox sürətli olmanıza imkan verir.

  Koreyaya bakalavr üzrə mübadilə proqramları:

  Fakültə ümumilikdə 1 qrupdan  8 nəfəri müxtəlif mübadilə proqramları ilə 6 aylıq Koreyaya göndərmə iqtidarına sahibdir. Yəni 1 qrupda 15 tələbə oxuyursa, demək olar ki, onların yarısı Koreyaya gedib qayıdır. Təbii ki, qayıtmayanlarda var. Bəs bu 8  nəfər nəyə əsasən seçilir?

  1-ci kursu bitirdikdən sonra sizin yanlız ixtisas fənnləri daxil olmaqla ortalama qiymətləriniz hesablanır və ən yaxşı 2 nəfər növbəti semestri Koreyanın Dillər Universitetində oxuma şansı qazanır. Eyni formada ardıcıl olaraq 3-cü kursa qədər tələbələr mübadilə ilə oxuya bilir. Düzdür, qayıdanda qeyri-ixtisas fənnlərindən kəsrə qala bilərsiniz, amma zaman gedir, hər zaman belə şans düşmür, qalan hərşey isə qaydasına düşəcək. Məsələyə hər zaman maddi tərəfdən baxmayın. Sizi maraqlandıran maddi tərəflərdə vardır ki, Koreyaya getsəm, üzərimə hansı xərclər düşür? Gediş-dönüş bileti istisna, qalan xərclər mübadilə proqramı tərəfindən qarşılanır. Bunlara təhsil haqqı və yataqxana da daxildir.

  Fakültənin mənfi tərəflərinə gəldikdə onu dəqiq deyə bilərəm ki, lüğət probleminiz olacaq. Koreya – Azərbaycan və əksinə universal lüğət yoxdur. Lakin “Naver dictationary” deyilən online lüğət var ki, biraz ingiliscə bilsəniz, o, sizin ən yaxşı dostunuz olacaq. Başqa bir çətin tərəfi ondadır ki, bütün dərslər, qramatika dərsləri və s. hamısı zəncirvaridir. Maksimum dərs buraxmamaq lazımdır, hansı ki, bu dili kurslarda öyrənmək çətindir. Uzun müddətli dərsdə iştirak etməmək başqa fakültələrdən fərqli olaraq kəskin axsaqlıq yaradır. Yəni, bədbəxtlikdən xəstələnsəniz (suçiçəyi, qızılca) və uzunmüddətli dərsdə olmasanız, bu əsas da 1-ci  kursa aiddir, hansı ki, baza bilikləriniz yaranır, həmin  zaman sizə yenidən geri dönmək çox çətin və stresli gələcək, dərsdə özünüzü lal, kar hiss edə bilərsiniz. Hər kəsdən geri qalmaqsa sizdə mənəvi boşluq yaradacaq və artıq “ipi ucunu” buraxacaqsınız. Özünüzü qoruyun və hər zaman pozitiv qalın!

  İxtisas üzrə karyera imkanları:

  Fakültənin iş perspektivi haqqında onu deyə bilərəm ki, siz yanlız “Tərcümə və Tərcüməçilik”  haqqında düşünməyin. Düzdür, tərcüməçi olmaq gözəl və eyni zamanda çətin işdir amma mən tərcüməçi olmaq istəmirəm, bura qəbul olmayım deyə düşünməyin. Hal-hazırda bir neçə tikinti, tibb və başqa sahələrdə trendi Koreya şirkətləri qazanıb və hansı ki, onlara Koreya dili bilən mütəxəssislər lazımdır ki, onlara öz doğma dillərində rahat işləməyə imkan yaransın. Belə iş imkanları ilə sizin əhatəniz böyüyür və işdən yeni iş imkanları qazanırsınız. Koreya dilini karyeranızda bir pəncərə kimi düşünün. Bu fakültəni bitirən tələbələrin hansı işlə məşğul olduqlarını araşdırsanız, tam aydın şəkildə başa düşə bilərsiniz.

  Ali təhsilin daha yüksək pillələri üzrə təhsil:

  Bir gözəl xəbəri də sizlə bölüşüm ki, Koreyada magistratura pilləsinə qəbul olmaq üçün kifayət qədər yer ayrılır. Hansı ki, siz Koreya dilindən TOPİK adlanan imtahandan yüksək nəticə toplasanız, Koreyanın dünya reytinqində yer alan universitetlərində master, phd təhsili ala bilərsiniz. Özü də tam təqaüdlə. Təbii ki, heç bir uğura çiçəkli yolla gedilməz. Bunun üçün sizin ortalama balınız (gpa) 81+ olmalı və TOPİK yaxud İELTS nəticələriniz yüksək olmalıdır ki, bir-birini üstələməyə çalışan tələbə konkrusunda işinizi qarantiyə alasınız. Masterə qəbul olduqdan sonra ixtisasınızı istədiyiniz kimi qurub, inkişaf edəsiniz. Bir şeyi də unutmayın ki, sizə pul qazandırmayan şeylərə daha az zaman ayırın. Əgər özünüz öz işiniz qurmaq yaxud freelancer kimi işləmək  marağındasınızsa, fikrimcə bu ixtisas tam sizə görədir sadəcə zəhmət lazımdır. Problem burasıdır ki, hələ də zamanınız var deyə düşünürsünüz. Var düzdür, amma onu düzgün balanslaşdırmalısınız. Günəşli günlər irəlidədir.

Rauf Əziz oğlu Hüseynov. 

Translator/sales manager-Planet J carpet Seoul

+994 77 357 0077

Raufhuseynov@naver.com

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.