Özünü kəşf et!

Özünü kəşf et!

Özünü kəşf et!

Hədəf seçmək uğur qazanmaq üçün əhəmiyyətli addımlardan biridir. Hədəfi olmayan insan dənizdəki yelkənsiz gəmi kimidir. Onun istiqamətini, çatacağı yeri təyin edən isə kənar faktorlardır. Öz hədəfi olmayan bir adam təbii ki, başqalarının, yəni hədəfi olanların hədəflərini reallaşdırmaq üçün çalışacaq. Hədəf seçmək sadəcə nəyisə arzulamaq, istəmək deyil. Bunun uğrunda mütəmadi olaraq çalışmaq, diqqəti və fikirləri seçilmiş hər hansı bir şey üzərində başqa heç nəyi düşünməyəcək şəkildə cəmləmək, özünü bütün varlığınla seçdiyin, əlindəki işə həsr etməlisən. Hədəf seçməyin də üsulları var. Bəs əsl hədəf necə olmalıdır?

1. Hər şeydən əvvəl, hədəf yazılmalıdır.

İlk əvvəl siz hədəflərinizin siyahısını hazırlamalısınız və yazılı olaraq qeyd aparmalısınız. Daha sonra isə həmin hədəfləri həyata keçirmək üçün özünüzdə disiplin yaratmalı və artıq START deməlisiniz.

1979-cu ildə Harvard Universitetində maraqlı bir eksperiment keçirilmişdir. Tələbələrdən soruşmuşdular ki, həyatdakı hədəflərini yazılı şəkildə müəyyən ediblərmi?  Məlum olmuşdur ki, 84%-nin heç bir sistemli hədəfləri yox imiş, 13%-nin hədəfləri olub, amma yazılı yox, yalnız 3%-nin yazılı hədəfləri var imiş. 10 il sonra həmin insanlar arasında təkrar sorğu keçiriləndə aydın oldu ki, 13%-ə daxil olanlar 84%-ə daxil olanlardan 2 dəfə çox qazanırmış, 3%-ə daxil olanlar isə qalan 97%-in qazancından 10 dəfə çox qazanırmış...

2. Bu hədəfi əldə etməyi nəyə görə istədiyini ətraflı şəkildə yazmalısan. Kifayət qədər “niyə?” olan yerdə “necə?” də olmalıdır.

Dostlar, hədəf seçərkən özümüzə “niyə?” sualı verməliyik. Unutmayaq ki, həyatımız boyu hədəflərimizə dair güclü “niyə”lərimiz olarsa, o hədəflərə çatmaq və nail olmaq o qədər asan olacaq. Buna cavab taparkən artıq “necə?” sualını verməyin vaxtı çatır. Okey.. Bəs hədəfə nail olmağım üçün hardan başlayım? Hədəfinə çatacağın vaxt həyatının necə olacağını, ətrafında kimlərin olacağını və nələr əldə edəcəyini düşünməlisən.

3. Seçdiyin bu hədəfə nə vaxt çatacağını təyin etməli və özün üçün son tarix qoymalısan. Bunun üçün sizə SMART metodu təklif edəcəm.

Bu metod baş hərflərin hər biri ingilis dilindən tərcümədə bir məna verir. S – Spesific (Konkretlik – Yaxşı məqsəd dəqiq olaraq təyin edilməlidir.) M – Meosurable (Ölçülə bilən – Ölçüsüz məqsədlər nəticəsiz müsabiqə kimidir. Rəqəmlər biznesin vacib hissəsidir.) A – Accepted (Əlçatan, əldə edilə bilən – Hədəflər qoyarkən reallığa əsaslanmağınız mütləqdir.) R – Realistic (Aktuallıq - əldə etmək mümkün olan məqsəd və hədəflər cari situasiya və iş mühitinin vəziyyətinə əsaslanır.) T – Timely (İşgüzar tapşırıqlar onların müddəti olmadıqda yerinə yetirilmir. Mütləq deadline ilə işləməyi öyrənin...)

Nəhəng uğurlar intellekti daha yüksək olan deyil, qətiyyəti sarsılmaz olanları sevir! Hər birinizə həyatda Carpe diem (anı yaşa) arzu edirəm! Uğurlar.

 

Əliəkbər Novruzov,

Bakı şəhər, Xəzər rayon Gənclər və İdman İdarəsi – layihə koordinatoru

İxtisas.az komandasının üzvü

 

Gmail: aliakbarnovruzov@gmail.com

Facebook: Aliakbar Novruzov

Instagram: aliakbarnovruzov01

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.