Hərbi tibb ixtisası

Hərbi tibb ixtisası

Hərbi tibb ixtisası

İxtisasın təsviri 

  “Hərbi Tibb” fakültəsinin öhdəliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim mütəxəssislər və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Hərbi Tibb Fakültəsinin tabeliyində 4 kafedra fəaliyyət göstərir: Hərbi cərrahiyyə kafedrası, Hərbi terapiya kafedrası, Tibbi-profilaktika kafedrası və Tibb xidmətinin təşkili və taktikası kafedrası.

İxtisasın tarixi

   Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Ulu Öndərin 25 may 2000-ci il tarixli 425 nömrəli Sərəncamına əsasən yaradılmış və Hərbi  tibbi təhsilinin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində mərkəziləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2000-ci il 0128 nömrəli əmri ilə Tibb Heyətinin təkmilləşdirilmə kursları və Hərbi Tibb məktəbi (2017-ci ilin aprel ayından Feldşer Hazırlığı kursu adlandırılmışdır) də Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tərkibinə daxil edilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Ordunun zabitlərinin və ailələrinin(eyni zamanda mülki şəxslərin) müalicə və diaqnostikasında həkim kimi fəaliyyət göstərmək;
  • ➝ Bütün həkimlər kimi rezidentura ixtisasını hansı sahə  üzrə almasından asılı olaraq, Stomatoloji, USM həkimi, Radioloji, Kardioloji, Göz həkimi, Qulaq-burun həkimi və s. üzrə və müxtəlif ixtisaslı cərrah kimi fəaliyyət göstərmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Tibb Universitetində

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Hərbi hospitallarda (mütləqdir);
  • ➝ Özəl və dövlət klinikalarında.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Bakalavr təhsili (mütləqdir);
  • ➝ Rezidentura təhsili;
  • ➝ Hərbi xidmətə yararlı olmalıdır(I kursa keçərkən və IV kursdan – V kursa keçərkən xüsusi müayinələrdən keçirilir tələbələr);
  • ➝ Orta tibb işçisinin vəzifələrini bilməlidir (iynə vurmaq, sistem qoşmaq, ilk yardım);
  • ➝ Cərrahi əməliyyat üçün əl bacarığı olmalıdır (əgər Rezidentura üzrə Cərrahiyyə üzrə ixtisaslaşıbsa);
  • ➝ Xəstələrlə ünsiyyət qurmağı bacarmalıdır;
  • ➝ “Hərbi and” və “Hipokrat andı” içdikdən sonra onun öhdəliklərini yerinə yetirməlidir.

İxtisasın gələcəyi 

  Bu peşə sahibləri 20 il müddətində Azərbaycan ordusunun həkimi kimi çalışdıqdan sonra  təqaüdə buraxılır, digər həkimlik ixtisaslarında olduğu kimi bacarığından asılı olaraq peşəsini xaricdə və ya Azərbaycanda  davam etdirə bilər öz seçimindən asılı olaraq, amma bu 20 il müddətində mütləq Azərbaycanda, Bakı və ya bölgələrdə fəaliyyət göstərirlər.

Əmək haqqı

   Əmək haqqları rütbədən, rezidentura təhsilinin olub-olmamasından, hansı bölgədə işləməyindən (cəbhə bölgəsi 2 dəfə artıq) asılı olaraq  700-2000 AZN arasında dəyişir.