Mühəndis fizikası ixtisasına yiyələnmiş şəxslər maddələrin quruluşu və aralarındakı əlaqələri incələməklə məşğul olurlar. Nəzəri modelləşdirmə, analiz və təcrübələr yoluyla əldə edilmiş nəticələri texnologiyaya tətbiq edirlər. Elm və sənaye texnologiyalarının layihələndirilməsində və yaradılmasında riyazi və fizika biliklərindən istifadə edirlər. Fizika mühəndisliyi qısacası, fizika elminin müasir texnologiyalara tətbiq edilməsini təmin edir və həmçinin tətbiqi fizika adlandırılmaqdadır.
Fizika, riyaziyyat və mühəndislik sahələrinin vəhdəti olaraq mühəndis fizikası ixtisasıının yaradılmasına ilk dəfə Birinci Dünya Müharibəsindən sonra cəhd edilmişdir, ancaq ilk dəfə ixtisasın tədrisinə 20-ci əsrin 30-cu illərində başlanılmışdır.
Bu ixtisas üzrə dəqiq iş öhdəlikləri demək bir qədər çətindir. Belə ki, ixtisası bitirən məzunların davam edə biləcəyi nüvə fizikası, akustika mühəndisliyi, aerokosmik mühəndislik, fizika kimi onlarla istiqamət mövcudur, odur ki, iş öhdəlikləri də onların seçəcəyi sahədən asılı olaraq dəyişir. Lakin qısa olaraq bu öhdəlikləri aşağıdakə kimi ümumiləşdirmək olar:
Daha öncə də qeyd etdiyimiz kimi, ixtisas sahiblərinin seçəcəkləri istiqamətdən asılı olaraq lazımi bilik və bacarıqlar da fərqlənə bilərlər, bununla belə aşağıda qeyd edilmiş ümumi bacarıqlar vacibdir:
Sahənin özünün hələ yaxın keçmişdə yarandığını və ölkəmizdə nisbətən zəif inkişaf etdiyini demək olar. Bu səbəbdən bu ixtisasın mütəxəssislərinə tələbat ölkəmizdə qismən azdır, ancaq bununla belə, mütləq qeyd etmək lazımdır ki, texniki və texnoloji tərəqqi nəinki bu ixtisasa təhdid yaradır, əksinə bu inkişafın özü birbaşa ixtisas sahiblərindən asılıdır. Odur ki, gələcək illərdə ixtisas sahiblərinə olan tələbatın daha da artacağı qaçınılmazdır. İxtisas həmçinin beynəlxalq səviyyədə geniş perspektivə malikdir.
İxtisas üzrə məvaciblər kadrların təcrübəsindən, işlədiyi sektordan, bilik və bacarıqlarından asılı olaraq 700-5000 AZN arasında dəyişməkdədir.