Tarix yazılı sənədlərdə də göstərildiyi kimi keçmişin tədqiqi və bu günün sabaha düzgün ötürülməsi ilə əlaqəli olan ixtisasdır. Tarix ayrıca keçmiş hadisələri təhlil etmək və bunların hamısını təyin edən səbəbləri araşdıran maraqlı ixtisasdır. Tarix zamanla dəyişikliyin öyrənilməsidir və insan cəmiyyətinin bütün sahələrini əhatə edir. Qeyd etmək lazımdır ki, bu ixtisas genişsahəlidir. Siyasi, sosial, iqtisadi, elmi, texnoloji, tibbi, mədəni, intellektual, dini və hərbi inkişaflar tarixin bir hissəsidir. Çox vaxt peşəkar tarixçilər tarixin müəyyən bir istiqaməti, müəyyən bir dövrü, tarixə müəyyən bir yanaşma və ya müəyyən bir coğrafi bölgədə ixtisaslaşma ilə maraqlanırlar.
Tarix ixtisası qədimliyi, keçmişi və bu günə nəzərən gələcəyi öyrənən elm sahəsidir. Keçmiş zamanlardan indiyə qədər bu ixtisasa maraq var. Tədris olunduğu universitetlərdə hər zaman aktuallığı ilə seçilib.
Bu ixtisas elə bir ixtisasdır ki, sahələri genişdir. Tarix ixtisasını oxuyan şəxs bu işlərlə məşğul ola bilər:
Keçmişin hər zaman öyrənilməsi sivilizasiyanın əsas maraqlarından biri olub. Gələcəkdə də həmçinin keşmiş maraqlı olacaq. Keşmişin öyrənilməsi və ona nəzərən indiki və gələcək zamanın öyrənilməsi perspektivlidir. Ona görə də Tarix ixtisasının sahələrindən asılı olaraq, bu sahənin gələcəyi parlaqdır.
Bu ixtisasın sahələrindən asılı olaraq, əmək haqqı 250-1800 manat aralığında təşkil edir.