Balını yoxla

İstifadə qaydaları

Bu qaydalar ixtisas.az saytından və onun xidmətlərindən (bal analizi, Aİ məsləhətçi, bal hesablayıcı, peşə seçimi testi, konsultasiya) istifadə şərtlərini müəyyən edir. Saytdan istifadə etməklə bu qaydalarla razılaşmış olursan.

Xidmətin mahiyyəti

İxtisas.az ixtisaslar, universitetlər və keçid balları barədə məlumat verən, seçimə kömək edən məlumat platformasıdır. Keçid balları Dövlət İmtahan Mərkəzinin dərc etdiyi rəsmi nəticələrə əsaslanır. Düşmə ehtimalı, tövsiyələr və Aİ hesabatları proqnoz xarakterlidir və qəbula zəmanət vermir — yekun qərar abituriyentin və onun ailəsinindir.

Pulsuz və ödənişli xidmətlər

  • Bal analizində ilk nəticələr pulsuz göstərilir; tam siyahı, düşmə ehtimalı faizləri və PDF hesabat ödənişli PRO və Premium paketlərdə təqdim olunur.
  • Paketlərin qiyməti və tərkibi ödənişdən əvvəl səhifədə aydın göstərilir.
  • Ödənişlər Epoint ödəniş sistemi vasitəsilə bank kartı ilə həyata keçirilir. Kart məlumatların ixtisas.az-da saxlanmır.
  • Ödənilmiş paket ödənişdən dərhal sonra aktivləşir. Texniki səbəbdən xidmət göstərilmədikdə ödəniş geri qaytarılır — bunun üçün bizimlə əlaqə saxla.

İstifadəçinin öhdəlikləri

  • Formalarda düzgün ad və əlaqə nömrəsi göstərmək.
  • Saytın məzmununu və alətlərini avtomatlaşdırılmış üsullarla toplamamaq, xidmətin işinə müdaxilə etməmək.
  • Ödənişli hesabat linkini və ya giriş kodunu başqaları ilə paylaşmamaq.

Məzmun hüquqları

Saytdakı mətnlər, dizayn və alətlər ixtisas.az-a məxsusdur. Mənbə göstərilməklə qısa sitat gətirmək olar; tam köçürmə üçün yazılı icazə tələb olunur.

Dəyişikliklər

Qaydalar vaxtaşırı yenilənə bilər. Yenilənmiş versiya bu səhifədə dərc olunduğu andan qüvvəyə minir.

Əlaqə

Suallar üçün: salam@ixtisas.az, +994 51 526 5115.

Balına uyğun ixtisasları gör

Qrupunu və balını yaz — dövlət sifarişi və ödənişli keçidlərini dərhal göstərək.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂