Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

İdman menecmenti və kommunikasiya

İdman menecmenti və kommunikasiya ixtisası 1 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 278,2 bal.

1universitet
278,2ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

İdman menecmenti və kommunikasiya — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan İdman Akademiyasıtədris ingilis dilində
Əyani · 137116
Əyani 278,2 278,2
Azərbaycan İdman Akademiyası
Əyani · 137124
Əyani 278 200
Azərbaycan İdman Akademiyası
Qiyabi · 137132
Qiyabi 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İdman menecmenti və kommunikasiya ixtisası haqqında

İdman menecmenti və kommunikasiya ixtisası

İxtisasın təsviri

İdman menecmenti və kommunikasiyası üzrə bakalavr proqramı öz karyerasını peşəkar kommunikasiya bacarıqları ilə idmanda inzabatçılıq, planlaşdırma, təşkiletmə və marketinq yönümlü peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır.

Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Bundan irəli gələn tələblərə uyğun olaraq beynəlxalq idman sektorunda rəqabətə davamlı, səriştəli, peşəkar kadr hazırlığına təlabat var. Proqramın məzunları çoxsaylı dövlət və qeyri dövlət sektorunda fəaliyyət göstərən idman təşkilatlarında, eləcə də qeyri-idman sektorlarında sosial layihələrin həyata keçirilməsi sahəsində də hazırlıqlı kadr olaraq fəaliyyət göstərəcəklər.

İxtisasın tarixi

Müasir idman menecmenti və kommunikasiyasının yarandığı ölkə Böyük Britaniya hesab olunur. 18-ci əsrdə ingilis aristokratlarının idman klublarını yaratması və 19-cu əsrdə bu klubların daha da inkişaf edərək agendalar tərtib etmələri, ümumi oyun qaydalarını yaratması və s. ilə bu sahənin ilk təməlləri atılmışdır. Akademik proqram olaraq isə ilk dəfə 1957-ci ildə Ohayo Universitetində magistr proqramı kimi tədris edilməyə başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Cədvəllər tərtib etmək;
Müxtəlif media vasitələri ilə müştərilər cəlb etmək;
Danışıqlar aparılaraq müqavilələrin imzalanmas;
İctimaiyyətlə əlaqələrin qurulması və idman klublarının imiclərinin formalaşdırılması;
İdman yarışlarının, planlarının hazırlanması;
Maliyyə analizlərinin aparılması və s.

Harada bu ixtisasa sahiblənmək olar?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

Gənclər və İdman Nazirliyi;
İdman Federasiyaları;
Milli Olimpiya Komitəsi;
Özəl idman klublarında və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

İqtisadi biliklər;
İdman sahəsinə maraq və fundamental biliklər;
Komanda ilə işləyə bilmək;
Analitik düşünmə;
İdarəetmə bacarıqları;
Zamandan düzgün istifadə edə bilmək və s.

İxtisasın gələcəyi

Son illər Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu ixtisasa böyük tələbatın yaranmasına gətirib çıxarmışdır və hazırda əmək bazarında ciddi kadr çatışmazlığı müşahidə edilməkdədir. Gələcək illərdə ixtisasa olan tələbatı isə öncədən təxmin etmək bir qədər çətindir, çünki bu birbaşa dövlətin bu sahədəki siyasətindən asılı olaraq dəyişə bilər.

Əmək haqqı

İxtisas sahiblərinin məvacibləri malik olduqları bilik və bacarıqlardan, tutduqları vəzifədən asılı olaraq 500-5000 AZN aralığında dəyişməkdədir.

Tez-tez verilən suallar

İdman menecmenti və kommunikasiya ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda İdman menecmenti və kommunikasiya ixtisası üzrə keçid balları 200 ilə 278,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 278,2 baldır.

İdman menecmenti və kommunikasiya ixtisası hansı universitetlərdə var?

İdman menecmenti və kommunikasiya ixtisası 1 universitetdə tədris olunur: Azərbaycan İdman Akademiyası.

İdman menecmenti və kommunikasiya hansı qrupa aiddir?

İdman menecmenti və kommunikasiya 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda İdman menecmenti və kommunikasiya ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda İdman menecmenti və kommunikasiya ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂