Balını yoxla

Musiqi müəllimliyi

Musiqi müəllimliyi ixtisası 8 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 60 – 123,1 bal.

8universitet
123,1ən yüksək keçid
60ən aşağı keçid
8dövlət sifarişli proqram

Musiqi müəllimliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Musiqi Akademiyasıfortepiano, violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, tuba, zərb alətləri
Əyani · 132118
Əyani 123,1 123,1
Azərbaycan Milli Konservatoriyasıfortepiano, tar, kamança, qanun, balaban, saz, klarnet, qarmon
Əyani · 133114
Əyani 120,3 120,3
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetifortepiano, violin, viola, gitara, klarnet, saksafon, fleyta, zərb alətləri, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon, vokal
Əyani · 134249
Əyani 117 117
Naxçıvan Dövlət Universitetifortepiano, tar, kamança, qarmon, nağara, saz, zurna
Əyani · 142892
Əyani 114,7 86,4
Gəncə Dövlət Universiteti
Əyani · 145646
Əyani 110,8 107,8
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122341
Əyani 108,4 101,4
Qarabağ Universitetifortepiano
Əyani · 152425
Əyani 102,8
Lənkəran Dövlət Universitetifortepiano, tar, kamança, qarmon, saz, qanun, violin, klarnet, balaban, nağara, gitara, vokal, xor dirijorluğu, musiqi nəzəriyyəsi
Əyani · 151656
Əyani 83,3
Qarabağ Universitetifleyta, qoboy, klarnet, faqot, valtorna, truba, trombon, zərb alətləri, violin, viola, violonçel, kontrabas, tar, kamança, saz, nağara, qanun, balaban, qarmon
Əyani · 152433
Əyani 60

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Musiqi müəllimliyi ixtisası haqqında

Musiqi müəllimliyi ixtisası

İxtisasın təsviri

Musiqi müəllimliyi ixtisasının əsas məqsədi tələbə və şagirdlərdə musiqiyə sevgi yaradaraq, onları not, səs, temp, instrument və ritm daxil olmaqla musiqinin bütün yönləri haqqında dərs tədris edə biləcək səviyyədə ixtisaslı kadr olaraq yetişdirməkdir. Musiqi müəllimləri təhsil müəssisələrində və ya fərdi şəkildə çalışaraq şagird və tələbələrin yaş qrupları və malik olduqları istedadları nəzərə alaraq, onların uyğun musiqi bilik və bacarıqlarına yiyələnmələrini təmin edirlər.

İxtisasın tarixi

Musiqi müəllimliyinin tarixi təxminən e.ə. 5-ci əsrə, yunan mədəniyyətinə dayanmaqdadır. Belə ki, qədim Yunanıstanda təhsilin əsas məqsədinin cəmiyyətin həyatında aktiv iştirak edə biləcək vətəndaşlar yetişdirmək olduğu düşünülürdü və musiqi təhsili də həmçinin bu sistemə daxil edilmişdi. Beləliklə, musiqi təhsilinin verilməsi ilə bağlı olaraq bu sahəni tədris edə biləcək insanlara – musiqi müəllimlərinə də ehtiyac yaranmışdı.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Şagird və tələbələrin yaş və bacarıqlarına uyğun olaraq tədris planının hazırlamaq
  • Musiqi ilə bağlı bilik və bacarıqların inkişafına kömək etmək
  • Şagird və tələbələrin potensiallarının üzə çıxararaq onlara yön vermək
  • Təhsil müəssisəlrində pozitiv və yaradıcı öyrənmə mühiti yaratmaq
  • Şagird və tələbələrin inkişafını dəyərləndirmək üçün imtahanlar təşkil etmək və çalışamalarına nəzarət etmək
  • Təhsil müəssisələrinin müxtəlif tədbirləri üçün şagird və tələbələrlə birlikdə performanslar hazırlamaq və məşqlər təşkil etmək

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Milli Konservatoriyası
  • Azərbaycan Dövlət Pedagoji Univeriteti
  • Bakı Musiqi Akademiyası
  • Naxçıvan Müəllimlər İnstutu
  • Gəncə Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • → Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Bu ixtisasa yiyələnmiş şəxslər:
  • Orta məktəblərdə
  • Musiqi kolleclərində
  • Ali təhsil müəssisələrində
  • Müxtəlif musiqi kurslarında
  • Fərdi şəkildə fəaliyyət göstərə bilərlər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Musiqi bilik və bacarıqları
  • Planlama və təşkilatçılıq bacarıqları
  • Vaxtı səmərəli idarə etmək bacarığı
  • Səbirli olmaq
  • Peşə etikasına uyğun davranışlar sərgiləmək

İxtisasın gələcəyi

Müasir dövrdə peşələri gözləyən ən böyük təhlükə “Süni İntellekt” və texnoloji tərəqqi hesab edilsə də, onların musiqi ilə bağlı ixtisaslara yaxın zamanlarda ciddi təsir edəcəyi gözlənilməməkdədir. Belə ki, musiqi müəllimliyi də daxil olmaqla bu ixtisaslar birbaşa insanların bacarıqları və hissləri ilə bağlı olduğundan musiqi sənayesi insanlara gələcəkdə də ehtiyac duyacaqdır.

Əmək haqqı

İxtisas sahiblərinin maaşı onların malik olduqları bilik və bacarıqlardan aslı olaraq 500–1000 AZN aralığında dəyişməkdədir.

Tez-tez verilən suallar

Musiqi müəllimliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Musiqi müəllimliyi ixtisası üzrə keçid balları 60 ilə 123,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 123,1 baldır.

Musiqi müəllimliyi ixtisası hansı universitetlərdə var?

Musiqi müəllimliyi ixtisası 8 universitetdə tədris olunur: Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qarabağ Universiteti, Lənkəran Dövlət Universiteti.

Musiqi müəllimliyi hansı qrupa aiddir?

Musiqi müəllimliyi 5-ci qrup (Qabiliyyət tələb edən) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1, Riyaziyyat ×1, Qabiliyyət imtahanı ×1.

Ödənişli əsasda Musiqi müəllimliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Musiqi müəllimliyi ixtisasına ən aşağı keçid balı 83,3 olub. Ödənişli yerlər 7 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂