Davranış İqtisadiyyatı
İnsanın düşünmə və iradə qabiliyyəti ilə rasional bir varlıq olduğu fikri geniş qəbul edilir. Sizcə, ümumiyyətlə, insanlar həqiqətən hər zaman rasional davranırlar? Başqa sözlə, yalnız rasional nəticələrə üstünlük verərək insanların davranışlarını proqnozlaşdırmaq düzgün nəticələr verirmi?
Başqa bir sual ilə davam edək. Doğrudanmı bütün xərclərinizi, büdcə planlaşdırmanızı və qənaətinizi bu günə qədər rasional olaraq qəbul etmisiz? Klassik iqtisadiyyatda "Homo-Economicus" adlanan, maddi qərarlarında öz faydaları və mənafelərinə diqqət yetirərək seçim edən və bu səbəbdən hər vəziyyətdə öz məntiqindən istifadə etməyi düşünən bir şəxsin tərifinə uyursunuzmu?
Əgər cavabınız - “Biz düşünmək qabiliyyətimizlə digər canlılardan seçilirik. Əlbətdə ki, rasional qərarlar verirəm ” kimidirsə, indi sizi təəccübləndirəcəyini düşündüyüm bir iqtisadiyyat terminindən bəhs edəcəm.
Davranış iqtisadiyyat (behavioral economics) yanaşmasına görə, klassik nəzəriyyədə ifadə edildiyi kimi qərarlarımızı rasional qəbul edən "Homo-Economicus" deyilik. Hər qərarında insanın rasional olması, 80-ci illərə qədər bu tam olaraq iqtisadiyyat dünyasında qəbul edilmiş dominant baxış idi. İnsanlar həmişə fayda və mənfəəti maksimum, zərərləri minimumda saxlamaq üçün hərəkət etdiklərinə inanılırdı.
Davranış iqtisadiyyatı deyir: “Klassik teorem insanın bir sosyal varlığ olduğunu və psixologiyanın qərar alma prosesinə ciddi şəkildə təsir etdiyini göz ardı edir”.
Bu yanaşma pullarımızı idarə edərkən, bir alış-veriş və ya investisiya qərarı verərkən yalnız iqtisadi və ya maliyyə göstəriciləri ilə deyil, həm də öz daxili dünyamız, təcrübəmiz və intuisiyamızla hərəkət etdiyimizi iddia edir.
“Behavioral Insights Team” tərəfindən aparılmış davranış iqtisadiyyatı ilə bağlı bir sosial təcrübədə, ölkənin vergi orqanı tərəfindən imzalanmış məktublar Qvatemala vətəndaşlarının poçt qutularına göndərilir. Məktublarda ölkədəki vətəndaşların 65?%-dən çoxunun vergi borclarını ödədikləri və hələ ödəməyən vətəndaşların vergilərini bir an əvvəl ödəmələri lazım olduğu bildirilir. Əslində, ölkədə vergi ödəmə nisbəti çox azdır. Lakin bu məktubu alan vətəndaşların əksəriyyəti vergi ödəmələrini qısa müddətdə həyata keçirirlər. Belə ki, məktublar ünvanlarına çatdıqdan təxminən 3 ay sonra vergi ödəmə nisbətində 43% artım aşkar edilmişdir. Çünki Qvatemala vətəndaşlarına verilən məlumata görə ölkənin böyük əksəriyyəti vergi ödəyib. Beləcə, “Behavioral Insights Team” kiçik bir taktika ilə Qvatemala vətəndaşlarının davranışlarını dəyişdirməyi bacardı.
Davranış iqtisadiyyatının yaranması və inkişafı
Davranış iqtisadiyyatın əsasları, dünyanın ən məşhur klassik iqtisadçılarından və əxlaq filosoflarından biri olan Adam Smitin 1759-cu ildə oxucuya təqdim olunan “Əxlaqi Duyğular Nəzəriyyəsi” adlı əsərinə əsaslanır. Smit bu əsərində insanların qərarlarına fərdin şəxsi maraqları ilə yanaşı cəmiyyətin də təsir etdiyini iddia edir. Onun fikrincə, insanın davranışını təyin edən ilk amil rəğbət qazanmaq istəyidir. Başqa sözlə, Smitə görə, insan sosial varlıqdır və bu da onun tərif, təsdiq və qəbul ehtiyacına səbəb olur. Smitin qapılarını açdığı və o vaxt hələ bir tərifi olmayan davranış iqtisadiyyatı konsepsiyası uzun illər bir çox iqtisadçı tərəfindən iqtisadiyyatın modelləşdirilməsinə daxil edilmədi. Xüsusilə 20-ci əsrin əvvəllərində Lionel Robbins tərəfindən irəli sürülən “Rasional eçim nəzəriyyəsi” ana iqtisadiyyatın axımının mərkəzinə yerləşdi. Lakin davranış iqtisadiyyatı anlayışının ayaq səsləri 1947-ci ildə yenidən eşidilməyə başlaydı.
20-ci əsrin ortalarına doğru irəlilədikcə texnoloji inkişafın təsiri ilə psixoloji davranışlar və İqtisadiyyat arasındakı əlaqəyə dair araşdırmalar və təhlillər sürətlə artmışdır. Herbert Simon tərəfindən 1947-ci ildə nəşr olunan “Administrative Behavior” ilə 1966-cı ildə Harvey Leibenstein tərəfindən yazılan “X-Inefficiency” adlı tədqiqatlar davranış iqtisadiyyatı sahəsində öncül sayılır. Davranışsal iqtisadiyyata dair çalışmaları 1978-ci ildə Herbert Simona, 2002-ci ildə Daniel Kahnemana “Psixoloji tədqiqatları İqtisadiyyat elm ilə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə” görə və 2017-ci ildə Richard Thaler “Davranış iqtisadiyyatına verdiyi töhfələrə və İqtisadiyyat nəzəriyyəsini pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə” görə qazandı. 1980-ci illərdə bütün dünyada yüksələn davranış iqtisadiyyatı bu gün iqtisadi modellərdə mühüm yer tutur.
Davranış İqtisadiyyatı günlük yaşamımızın harasındadır?
Hər şeyə və hər kəslə ayaqlaşmağa çalışdığımız bir dünyada tez-tez hiss etmədən bəzi davranış və düşüncə qəliblərini inkişaf etdirə bilirik. Davranış iqtisadiyyat yanaşmasını nümunələri ilə bizə nələrin tanış gəlib, gəlmədiyini nəzərdən keçirməyə hazırsınızmı? Gəlin başlayaq!
Lövbər effekti (Anchoring). Lövbər effekti, ilk dəfə 1960-cı illərdə Amos Tversky və Daniel Kahneman tərəfindən nəzəriyyə olaraq qəbul edilmişdir. Müxtəlif tədqiqatlar lövbərdən qaçmağın nə qədər çətin olduğunu göstərdi. Daha açıq ifadə etsək, məhsul və xidmət barəsində aldığımız ilkin bilgilərə inanır, bu bilgilərin doğruluğunu beynimizdə təsdiq edirik. Daha sonra da bu ilkin bilgilərə görə daha sonrakı bilgiləri müqayisə edərək qiymətləndiririk.
Lövbər effektinə verə biləcəyimiz kifayət qədər nümunə vardır. Gəlin onlardan birinə diqqət yetirək.
Qiyməti 279 AZN olan məhsul müvəqqəti olaraq 159 manata satıldığını düşünək. Eyni məhsul daha sonra 159 AZN- 279 AZN kimi reklam edilsə, nə qədər insan maraqlana bilər? Seçim qarşısında olduğunuz zaman bu məhsulu almaq istərdinizmi? Belə bir mənzərə qarşısında hər kəs istisnasız olaraq başqa bir məhsul seçir. Onların üstünlük verdiyi məhsul 300 AZN olsa belə!
Varsayılan seçimlərə meyllilik (Status Quo). Bir çox ölkədə vətəndaşlar birbaşa orqan donoru kimi qeydiyyata alınır. Bu vəziyyətdə orqan donoru olmaq istəməyənlər sistemdən çıxmaq üçün bir müraciət etməlidirlər. Ancaq sistemdən çıxmağı tələb etmək əvəzinə, insanlar varsayılan seçimi qəbul edir və orqan donoru olmağa davam edirlər. Belə hallarda çıxmağımızı istəməməyimiz, ümumiyyətlə, bu məsələni yenidən həll etmək üçün vaxt ayırmaq istəməməyimizə görə, varsayılan seçimi qəbul etmək və dəyişiklik etməməyin daha asan olması ilə əlaqədardır.
Zərərdən çəkinmə (Loss aversion). Tutaq ki, işinizdə aldığınız maaşa əlavə olaraq ildə 4 dəfə bonus qazanırsınız. Normalda işəgötürən hər ay fəaliyyətinizi qiymətləndirir və mükafata layiq olduğunuzu qərara alır. Pulu da hesabınıza yatırır. İndi isə işəgötürəniniz yeni bir ödəniş formasına keçir. Bu sistemdə bir ildə aldığınız 4 bonus ilin əvvəlində hesabınıza avtomatik olaraq köçürülür. Ancaq bonusa layiq bir performansınız yoxdursa, bonusu işəgötürəninizə geri ödəməlisiniz. Belə bir vəziyyətdə, yaxşı bir performans göstərə bilmədiyiniz üçün həmin ay bonus ala bilməməyiniz sizi daha çox üzür, yoxsa ilin əvvəlində aldığınız və xərclədiyiniz bonus məbləğini zəif performansınıza görə geri qaytarmaq daha çox sizi narahat edir? Bu yanaşmada zərərin yaratdığı kədər, qazanmanın yaşatdığı sevincdən üstündür.
Son nümunə isə Davranış İqtisadiyyatı mövzusunda 2013 ilində keçirilən TEDx-dəndir. Spiker Alex Laskey izəyicilərdən belə bir sual soruşur. “How behavioral science can lower your energy bill?” (Davranış elmi, “elektrik pulunu” necə düşürə bilər?) sualın cavabını öyrənmək üçün linke tıklayaraq izləyə bilərsiniz.
Bütün bu nümunələrdə gördüyümüz kimi “Davranış iqtisadiyyatı” insan faktorunu ön plana çəkərək irəli sürdüyü təcrübə və müşahidələrlə niyə hər zaman rasional qərarlar verə bilməyəcəyimizi göstərir. Psixologiya və Sosiologiya kimi digər sosial elmlərin iqtisadiyyata tətbiqi nəticəsində insanın irrasional davranışının səbəbləri daha aydın olur. Hər birimiz iqtisadi həyatda rol oynayan bir istehlakçıyıq. Buna görə, iqtisadi qərarlar verməzdən əvvəl, qərar qəbul etməyin əsl səbəbinin nə olduğunu düşünmək hamımız üçün daha faydalı ola bilər. Bu gündən etibarən verdiyiniz qərarlara və atdığınız addımlara davranış iqtisadiyyatı çərçivəsindən baxmağa nə deyirsiz?
Vahid Əzizov
Azərbaycan Dövlət İqtisad Universiteti
Türk Dünyası İktisat Fakültəsi
İqtisadiyyat ixtisası
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.