Filmmaker - azadlıqdan yaranan uğurlu incəsənət yolu
İncəsənət elə bir sahədir ki, düzdür universitetini, kursunu, xüsusi məktəbini oxuyursan, amma yenədə əl işin və ya gördüyün iş sənin praktikandan asılıdır. Filmmaker ümumi olaraq incəsənət sahəsinə aiddir, mənası film istehsalı deməkdir. Çox əyləncəli, mübarizəli, yorucu, riskli və sevimli sahədir. Mən gənc Filmmaker Ruslan İbrahimli bu barədə sizə məlumat vermək istəyirəm. Ümid edirəm ki, sizə biraz da olsa kömək etmiş olacam. İncəsənəti sevdinsə əgər, çox irəliləməməlisən yoxsa birazdan yazacaqlarımdan sonra tükənib incəsənətdən ayrılmaq istəsəniz də, incəsənət sizdən ayrılmayacaq.
Filmmaker iki cür anlayış kəsb edir. Tək adam da filmmaker ola bilər, bir neçə qrup birləşib filmmaker (film istehsalçısı) ola bilər. Mən tək (özəl, heç kimə bağlı olmayan, azad) filmmakerəm. Azad və tək filmmaker olmaq çətindir. Özün, öz filminin həm rejissoru, həm prodüsseri, həm ssenaristi, həm yeri gəlsə aktyoru və s. ola bilməlisən. Burada həm İQ, həm də EQ səviyyən yaxşı olmalıdır. Əsas odur ki, özünə inanasan. Ssenari yazmaq üçün İQ və EQ zəka səviyyəndən istifadə etməlisən. Həkimlik barədə film çəkəcəksənsə, gərək kursa gedəsən və yaxud digər sahələr üzrə film çəkəcəksənsə, gərək həmin sahəni geniş araşdırasan. Yeri gəlsə, kursunu keçəsən ki, əla ssenarin və personajın olsun. Filmmakerin təməllərini qoyan ilk məhşurlardan biri Charlie Chaplindir. Heç bir universitet, film məktəbi oxumadan azad film istehsalçısı idi. Başlanğıc filmlərinə baxsanız görərsiniz ki, öz filmlərinin rejissoru, ssenaristi və aktyoru özü olub. Ümumiyyətlə, azad filmmakerlərin 40%-i universitet oxumayıb. Universitet oxumaq vacibdir, amma praktika daha önəmlidir. “Filmmaker”lərin ilk qarşılaşdığı çətinlik ailəsini, dostlarını, ətrafdakı insanları və məhşur insanlara özünü tanıtmağı bacarmaq, sübut etdirmək və buna inandırmaqdır. Durduq yerə filmmaker ola bilməzsiniz. Ən azından film sektorun olan sahələr haqqında kurslara, seminarlara, debatlara, film festivallarına getmək lazımdır. Çox film izləməlisiniz, həm izləyici gözü ilə, həm də film istehsalçısı gözü ilə. Məsələn; “Mən bu filmi çəksəydim filan cürə olardı” düşüncəsiylə deyə bilərsiz özünüzə. Fərqli-fərqli sevdiyiniz filmlərdən xoşunuza gələn personajları seçib öz filminizdə istifadə edə bilərsiniz, amma biraz üzərində (xarakterik özəlliklərində, adında, personajın arzusunda və ya görünüşündə) dəyişiklik etmək lazımdır. Bir filmi kopyalamaq doğru bir şey deyil. Xəyal dünyanıza inanın və onu çəkməyə başlayın. Ssenari ilə bağlı “Pixar animasiya” studiyasından təhsil almışam və öyrəndiyim ən gözəl şeyi sizinlə paylaşdım. Sssenari yazmaq necə olur? Bu sualın cavabını verərəm, amma uzun olduğu üçün ssenarist birinin yazdığı bloq məqaləni oxuyarsınız. Filmmaker heç bir kəsdən büdcə almadan, öz pulu ilə və ya filmlərə büdcə ayıran istənilən bir şəxsə, qurumlara, şirkətə və ya bu sektorda olan lazımı yerlərə müraciət edə bilər. Bir məsələ var ki, bunu unutmaq olmaz. Filmə başqası büdcə ayırsa, senzuralar olacaq, istənilən səhnəni kəsdirə və ya reklam əlavə etdirə biləcək. Özünüz öz filminizə pul xərcləmək istəyirsizsə, bunun üçün başqa bir yerdə işləməlisiniz (mütləq ki, başqa bir bacarığınız var. Bu bacarığınızdan istifadə edə bilərsiniz). Qazanc əldə edib sonra filminizə xərcləyə bilərsiniz (mən elə edirəm.) Öz büdcənizlə çəkilən filminizdə senzura, qadağa qoyulmayacaq, məcburən reklam əlavə etməyəcəksiniz. Azad filmmaker olacaqsınız.
Hər şey hazır olduqdan sonra keçək texnika və aktyor çətinliyinə. Universitet oxuyub film çəksəniz bir çox şanslarınız olacaq. Məsələn, aktyor dostlarınız çox olacaq, aktyorlar sizi tanıyacaq, texnika tapmağınız daha asan olacaq. Əgər kurs və ya özəl bir film məktəbi bitirsəniz, o zaman texnika tapmağınız çox çətin olacaq (gərək kimdənsə icazə, kirayə və ya özünüz alasınız texnikanı). Başlanğıc üçün Telefon kamerasından istifadə edə bilərsiniz. “Unsane”, “Tangerine”, “9 Rides”, “I Play With the Phrase Each Other”, “Night Fishing”, “Uneasy Lies the Mind”, “Searching for Sugar Man”, “Romance in NYC”, “Framed”, “The Editor” və s.. filmlər telefon ilə çəkilib. “Telefonla da film mi çəkilər?” deyib gülən insanlara fikir verməyin. Həmin insanlara yuxarıda adını yazdığım filmləri görsətməyiniz kifayətdir. Çünki bu filmlər bir çox festivallarda iştirak edib, məhşur aktyor və rejissorlar iştirak edib filmin komanda heyətində. Hətta “Oscar” mükafatı alıb bu filmlərdən bir neçəsi...
Aktyor kimi könüllü olaraq tanışlarınızın, dostlarınızın, özünüzün və ya axtarış nəticəsində tapacağınız insanın istedadından istifadə edə bilərsiniz (Pul və ya Pulsuz çəkilmək tamamilə onların haqqlı fikirlərinə və razılaşmağına bağlıdır). Filminizi çəkdiniz bitirdiniz. Qaldı montaj prosesi bunu özünüz bəsit proqramlar ilə də edə bilərsiniz. Universitet oxuduğunuz 4 il müddəti film çəkməyiniz biraz qəliz məsələdir. Filmizin treylerini hazırlayın. Yutubda və ya film festivalları saytından birində paylaşın. “festhome.com”, “filmfreeway.com” saytları film festival saytlarıdır. Burada öz filminizi sayta yükləyərək, ödənişsiz və ya ödənişli formada film festivallarına göndərə bilərsiniz. Filminizi göndərdiyiniz 50 film festivalından ən azı 5-i filminizi festival proqramına seçib əlavə edibsə, bu sizin üçün böyük bir uğurdur. Qazansanız da, qazanmasanız da siz özünüz üçün qalib olacaqsınız. Çünki həmin festivala gələnlər sizi tanıyacaq, istedadınızı görəcək, sizə təkliflər edə bilmə şansı artacaq, şəbəkəniz genişləcək və yavaş-yavaş məhşurlaşacaqsınız. Hal-hazırda mən əlavə iş kimi Khan Academy Azərbaycanca-da vizual video mütəxəssis olaraq çalışıram. Animasiya və qısa filmlər hazırlayıram. YouTube kanalımda filmlərimin çoxunu paylaşıram. Ruslan İbrahimli adlı youtube kanalının sahibiyəm. 5 xarici festival, 2 yerli (beynəlxalq) film festivallarında iştirak etmişəm. 1 yerli festivalda qalib olmuşam. Bu məqaləni 2021-ci ilində yazdığım üçün ola bilsin ki, mənimlə əlaqə saxlayıb işlədiyim şirkətdə tapa bilməzsiniz. Bu səbəbdən məni sosial şəbəkələrdən tapa bilərsiniz.
www.facebook.com/ruslanibrahimli1999
www.youtube.com/channel/UCBUDmOdgXal3B60kMgyIARg
www.instagram.com/ruslanibrahimli.official
www.linkedin.com/in/ruslanibrahimli/
Unutmayın! Xəyallarınız sonsuz olduğu qədər filmlərinizdə sonsuzdur...
Hörmətlə: Ruslan İbrahimli (Filmmaker)
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.