İnşaat mühəndisliyi haqqında bilmədiklərimiz
İnşaat mühəndisliyi ixtisası digər ixtisaslarla birgə zəhmətlə uğur əldə edə biləcəyiniz ixtisaslardandır. Öncəliklə, məlumatınız olsun ki, ölkəmizdə bu ixtisas üçün geniş iş seçimi vardır. Buna görə də ölkəmizdə 3 universitetdə inşaat mühəndisliyi ixtisası tədris olunmaqdadır.
İnşaat mühəndisliyi ixtisasının iki əsas inkişaf etmiş forması mövcuddur. İnsan gücünün düzgün istifadə olunması nəzərə alınaraq insanın görə biləcəyi bir məsuliyyət tələb olunur. Binanın konstruksiyasının yük və material sərfiyyatı hesabatı və bu hesabatlar əsasında inşaat sahəsində işin idarə edilməsi kimi mühəndisi vəzifələri mövcuddur. Əgər siz sahədə işlərini idarə edirsinizsə, sizə nəzəri biliklə yanaşı, eyni zamanda idarəetmə qabiliyyəti də gərəklidir. Menecerlik sizin öz şəxsi bacarıqlarınız çərçivəsində kiçik bir parça kimi var olmalıdır. Zamanla siz bu bacarığı kurslar əsasında inkişaf etdirəcəksiniz.
Hesabat aparılması ilə məşğulsunuzsa, siz o vaxt ixtisasınızın nəzəri bilikəri əsasında konstruksiyanın hesabatını hesablayıb, material sərfiyyatını çıxardıb, sonra da onun tikilişinin sizin hesabat əsasında aparılıb və yaxud aparılmadığını izləməlisiniz. Bu sizin də məsuliyyətə cəlb olunmağa, hesabatını apardığınız binanın yaxud mühəndis qurğusunun məsuliyyətini daşıdığınız mənasına gəlməkdir.
İnşaat sahəsi sistem olaraq A-dan Z-yə fikirləşmiş bir sahədir. İnşaatda zaman ən önəmli bir bölmədir. Şirkət öz növbəsində ayaqda qalması üçüb insan resurslarına böyük önəm verməkdədir. Şirkət dediyimiz kağız üzərində bir ad, bankda bir miqdar pul və s. kimi anlaşılmaqdadır. Şirkəti ayaqda saxlamaq, uzunömürlü etmək üçün isə şirkətdə çalışanlardan asılıdır. Bu önəmli bölmə şirkətin idarəçiləri tərəfindən düzgün idarə və vəzifə icrasının nəzarətidir. Bu baxımdan da hazır kadrların axtarışında əsas xüsusiyyətlərə nəzər yetirsək, ixtisası düzgün bilməklə yanaşı, ilk növbədə dəqiqlik və sürətlilik görəcəyik. Dəqiqlik ixtisas biliklərinin işə düzgün tətbiqdir. Sürət isə biliklərinin icrasının müasir formada icrası deməkdir. Kompüterdə hər bir sahə üçün seçilmiş çoxlu sayda proqramlar mövcuddur. Bu proqramlara sürətli qələmlər də demək olar. Proqram biliklərinə yiyələnmək hər zaman sizi ön sıralarda saxlayacaqdır. Bu proqramları müəyyən kurslardan , universitetdə oxuduğunuz müddətdə öyrənə bilərsiniz. Universteti bitirdikdə artıq siz sahənizin ixtisas fənlərini bilməklə yanaşı,eyni zamanda ixtisas proqramlarını da biləcəksiniz və siz karyeranızda artıq ilk imzanız var deməkdir.
Siz sərmayə olaraq ixtisasınıza daha çox vaxt ayırmalısınız .Vaxt ən gözəl sərmayədir. Siz vaxtınızı ixtisas biliklərinin dərinləşdirilməsi, dil bilikləri və kompüter biliklərinə ayırmalısınız. İxtisas biliklərinin artırılması, mühəndis görüşlərinin artması , düzgün analiz və düzgün qərar vermənizə şərait yaradacaqdır. Bu bacarıq sizi özəl bir ixtisasçı kimi tanıdacaqdır. Dil biliklərinin artması siz ixtisasınızı sadəcə bir ölkədə icra etməməyiniz mənasına gəlir. Böyük layihələrdə uzun müddət işləmək, daha yaxşı maliyyə vəziyyəti və əsas məsələ fərqli təcrübə qazandıracaqdır. Kompüter biliklərinə gəldikdə əvvəlcədən izah etdiyim kimi hər bir ixtisasın öz kompüter proqramları mövcuddur. Siz bu proqramları, sertifikatları tanınan xüsusi lisenziyaları olan kurslarda öyrənə bilərsiniz. Bilik və bacarıqlarından əlavə sizin məqsədiniz də olmalıdır.
Nəzərə alsaq ki, rəqibinizdə xarici dil bilikləri sizin kimi eyni səviyyədədir, bu sizin hər zaman rəqiblərinizdən 1 addım daha irəlidə edir. Eyni zamanda xaricdə təhsil sizin ixtisas terminlərini daha yaxşı öyrənmək şansı verir. Dünyagörüşünün artması əlavə olaraq ixtisasınızın professionalı olduğunuzu izah edəcək magistr diplomu da qazandırır.Öncəliklə, ölkəmizdə bakalavr təhsilinə yiyələnməyi sizə məsləhət görürəm.
Karyera pul ilə ölçülməməsi şərtdir. Hər zaman bunu bir şüar kimi göz önündə saxlamaq gərəklidir. Siz ixtisasınızı yeni bitirmiş gənc mütəxəsissiniz və sizin təcrübəniz çox olmadığından tapdığınız iş, az miqdarda pul qazandıracaqdır. Bununla yanaşı, iş necə görülür, nece idarə olunur və s. bunun kimi ciddi nöqtələri bilməyəcəksiniz. Daim bir məsuliyyətlə zamanı itirərək irəliləycəksiniz.Ancaq təcrübəçi və kiçik mütəxəsis olaraq işə başlarsanız ,şirkət də öz növbəsində sizi öz şirkəti üçün bacarıqlı kadr kimi yetişdirəcək. Sizə sərmayə qoyacaq, təcrübə üçün kurslarda bilik bacarıqların artması və bu kimi başqa proqramlara yönləndirəcəkdir. Öz növbənizdə siz də öhdənizə düşəni etməkdən boyun qaçırmamalısınız.
Gənc mütəxəssis tərəfindən iş axtarışı fərqli baxış bucağından baxılmaqla axtarılmalıdır.Təcrübəçi və kiçik mütəxəssis öz növbəsində qeydiyyatlı və maaşlı bir vəzifədir, şirkət daxilində və dövlət portallarında da qeyd olunur. Bu axtarış heç də çətin deyil , universitetlər öz növbəsində şirkətlərlə daxili sazişlər əsasında tələbələri sonuncu ildə təcrübəçi kimi şirkətlərə göndərir. Bu hissədə sizin şəxsi bacarıqlarınız o dönəmdə iş qazanmağıza kömək olacaqdır. İlk başlanğıcdan sonra sosial əlaqənizin artması və sizlərə yeni iş yerləri qazandıracaqdır.
Vüqar Əhmədli
Azərbaycan Memarlıq İnşaat universiteti
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.