İnşaat mühəndisliyi ixtisası

İnşaat mühəndisliyi ixtisası

İnşaat mühəndisliyi ixtisası

İxtisasın təsviri 

  İnşaat mühəndisi ixtisası inşaat sahəsində iş görülməsi üçün əsas və ilkin məlumatlar toplusudur. Bu ixtisas mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi yollar, binalar, kondisioner, tunellər, bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. Bu mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir. Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir. Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir. Peşə fizika, riyaziyyat və rəsmxət ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi 

  İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində, 1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
  • ➝ Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • ➝ Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • ➝ Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • ➝ Layihə-smeta sənədlərinin daxili ekspertizasının aparılması;
  • ➝ Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
  • ➝ Kiçik həcmli lokal smetaların tərtib olunmasının həyata keçirilməsi;
  • ➝ Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
  • ➝ Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.
  • ➝ Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi;
  • ➝ Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;
  • ➝ Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi;
  • ➝ Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
  • ➝ İstehsalın (tikintinin), mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması, tikinti istehsalının təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi;
  • ➝ Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Memarlıq və İnşaat  Universiteti 
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür. Ofis işi olaraq inşaat mühəndisi mühəndis qurğuların (yaşayış və yaxud inzibati bina ,körpü və s.) konstruktiv cəhətdən və yaxud materialın sərfiyyatı kimi mühüm işləri həll edə bilir.
  • ➝ Azərbaycanda tikilməkdə olan yeni proyektlərdə və layihə bürolarında çalışmaq mümkündür.
  • ➝ Yeni proyektlərdə yerli şirkətlərlə yanaşı, xarici şirkətlərdə də iş görməkdədir.

Yerli şirkətlərdən:

  • ➝ Azər Dövlət Layihə İnstitutu;
  • ➝ Paşa İnşaat;
  • ➝ Socar;
  • ➝ Urban;
  • ➝ North West İnşaat;
  • ➝ WorkPlace;
  • ➝ İlk İnşaat;
  • ➝ Archico.

Xarici şirkətlərdən :

  • ➝ Üstay İnşaat (Türk );
  • ➝ Arge Yapı (Türk);
  • ➝ KT Construction Services Limted (İtaliyan).

 Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • ➝ Kompüter bilikləri (Microsoft Office proqramları);
  • ➝ Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad)
  • ➝ Daha sonra tədrislə yanaşı,  konstruksiyanın hesabatını icra edən proqramları bilməli;
  • ➝ Xarici dil bilikləri ( ingilis dili bilməsi üstünlükdür);
  • ➝ Analitik düşüncə bacarığı;
  • ➝ Güclü yaddaş;
  • ➝ Ünsiyyət bacarıqları;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Yüksəklik qorxusunun olmaması;
  • ➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmalı;
  • ➝ İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr verməli;
  • ➝ Məsuliyyətli olmalı;
  • ➝ Məkan təsəvvürünə malik olmalı;
  • ➝ Qabaqcıl perspektiv düşüncə bacarığına sahib olmalı;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti olmalı;
  • ➝ Təşkilatçılıq bacarıqlarına sahib olmalı;
  • ➝ Dəqiqlik;
  • ➝ Detallara diqqət yetirməyi bacarmalı.

İxtisasın gələcəyi 

  İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir. Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir, layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar. Uğurlu karyera üçün peşə sahibi  öz üzərində  davamlı  olaraq çalışmalı ,dil biliklərin təkmilləşdirməlidir.

Əmək haqqı

  Əmək haqları yerli şirkətlərdə minimum 500 AZN,  xarici şirkətlərdə isə maksimum – 1000 AZN aralığında dəyişir.