Kompüter mühəndisi kimdir?
Kompüter mühəndisliyi ixtisasını seçib-seçməməkdə tərəddüd edirsiz? Kompüter elmləri ilə mühəndisliyi arasında qalmısız? O zaman bu məqalə bütün suallarınıza cavab tapmaqda kömək olacaq!
Kompüter mühəndisi kimdir?
Kompüter mühəndisi – kompüter texnologiyaları və şəbəkələri üzrə bir mütəxəssisdir.
Bu ixtitası bitirmiş məzunlar kompüterin sxemlərini, quruluşunu, Assembler, Python, C# və digər proqramlaşdırma dillərini, şəbəkələrin quruluşunu, avtomatlaşdırma proseslərini, alqoritm və vərilənlər bazasının nəzəriyyəsini, süni intellekti, qeyri-səlis məntiqi, elektronikanın əsaslarını və s. öyrənmiş olacaqsız.
Bəs kompüter mühəndisliyin kompüter elmlərindən fərqi nədir?
Əsas fərq kompüter mühəndisliyi ixtisası daha çox kompüterin aparat təminatının (hardware) öyrənilməsinə yönəlir, kompüter elmləri isə uyğun olaraq proqram təminatının(sotware). Yəni kompüter elmləri ixtisasında proqramlaşdırmanı, süni intelektı, xüsüsi ilə riyaziyyatı daha dərindən öyrənəcəksiz. Kompüter mühəndisliyində kompüterin arxitekturası, mikroprosessorlar, məntiqi qapılar, elektorinikanı və sxemlərin, sistemin quruluşu və s. tələbələrə öyrədilir.
Bəs tutaq ki kompüter mühəndisliyini bitirdim, hansı vəzifələrdə işləyə bilərəm?
Məzun olduqdan sonra, hətta tələbə olarkən artıq bu sahədə marağınızın hansı yönə olduğunu tapmış olacaqsız. Seçiminiz arasında aşağıdakı populyar vəzifələr ola bilər:
- Proqramçı (veb proqramçı, mobil proqramçı, oyun proqramçısı və s.). Bu peşə maraqlı olmağından əlavə həmçinin çox da populyardır. Bu peşənin sevdiyim yanları sifarişlə proqram təminatı yarada bilmə və öz startup-ını investorsuz qura bilmək imkanının olmasıdır. Düşünün ağlınıza bir fərqli ideya gəldi, onu mobil proqramı, sayt və ya oyun yaratmaqla gərçəkləşdirə bilərsiz. Doğrusu bir kurs keçə və ya internetdə olan resurslar vasitəsi ilə proqramçı ola bilərsiz. Amma xəyallarınızda bir qeyri-adi icad varsa və sahənizdə pəşəkar olmaq istəyirsizsə, onda ən azından bakalavr dərəcəsini almaq tövsiyyə olunur.
- Şəbəkə administratorun vəzifəsi şəbəkəni doğru quraşdırmaq, təkmilləşdirmək, onun təhlükəsizliyini təmin etməkdir. Bu vəzifəyə adətən böyük əmək kollektivi olan şirkətlər işçi qəbul edirlər.
- Verilənlər bazasının administratoru – verilənlər bazasının idarəetmə sistemlərinə xidmət göstərmək üçün məsuliyyət daşıyan mütəxəssisвшк. Onun əsas vəzifəsi serverin davamlı işləməsini və istifadəçilərin lazımi məlumatlara girişini təmin etmək, istifadəçi hesablarının idarə etmək, bazada saxlanılan məlumatlara icazəsiz girişdən qorumaqdır. Həmçinin məlumatların qorunması məqsədilə bu mütəxəssis məlumatların ehtiyat nüsxəsini yaratmalıdır.
- Sistem administratoru - IT infrastrukturunun sabit və dəqiq fəaliyyət göstərməsinə cavabdehdir, həmçinin monitorinq həyata keçirir, inventarizasiya aparır, sistemin(serverlərin) təhlükəsizliyinə cavabdeh olur, şəbəkələrlə məşğul olur və s. Sevimli aləti terminaldır.
- Kompüter təhlükəsizliyi üzrə mütəxəssis – vəzifəsi sistemin təhlükəsizliyini təmin etmək, hücumların qarşısını almaq. Etik xaker(white hat) kimi tanınır.
- Texniki dəstək mütəxəssisi (help desk) – əməkdaşların texniki problemlər ilə bağlı sorğularını qəbul edib onları həll edir, məlumat verir və s.
Seçiminizi etdikdən sonra bu sahə üzrə təkmilləşmə kurslarını keçin və təcrübə proqramlarına mütləq qoşulun. Əlavə olaraq qeyd etmək istərdim ki, təcrübə toplamaq üçün mənə görə ən effektli StartUp şirkətləridir. İş yükü çox olsa da, qazandığınız bilik və təcrübə çox zəngin olacaq.
Bəs bu ixtisasın mənfi tərəfi nədir?
- Oturaq həyat tərzi
- Gözlərə dəyən zərər
Son olaraq portfolionuzu yığıb CV-nizi doldurduqdan sonra artıq iş axtarışına çıxa bilərsiz. Uğurlar!
Şəbnəm Yusifzadə
Laravel üzrə proqramçı
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.