Neft tükənirmi?

Neft tükənirmi?

Neft tükənirmi?

Neft tükənirmi?

  Günümüzdə dünya enerji mənbəyinin asılı olduğu sahələrdən biri neft-qaz mühəndisliyidir.Həm məsuliyyətli, həm də təhlükəli olmasıyla yanaşı, şərəfli sahələrdən biridir.Neft-qaz mühəndisliyi özü istismar qaz-kondensat və qazma sahələrinə bölünür.Həmçinin laylarda axtarış və kəşfiyyat quyularının qazılması, layların qiymətləndirilməsi, quyuların tamamlanması karotaj işlərini və s özündə cəmləyir.

             Günümüzdə neft-qaz sahəsi prestijli sahədirmi?

  Son dövürlərdə ölkəmizdə neft-qaz sənayesində yeni layihələrin aparılması ona əsas verir ki, hələ də ölkəmizdə və dünyada neft-qaz mühəndisliyinə tələbat artır. Dünyanın qlobal enerji mənbəyi olmasıda hələdə neftin bir neçə 10 ildə böyük əhəmiyyətini qoruyub saxlayacağını göstərir. Buna misal kimi də “Azəri-Çıraq-Günəşli” neft yatağı dünyanın gözünü Azərbaycana çəkən yataqlardan biridir.

  Bu ixtisasın məzunları əsasən spesifik sahələr üzrə ixtisaslaşıb öz gələcək iş karyeralarını bu üzrə inkişaf etdirirlər. Yuxarıda da qeyd etdiyim kimi qazma, tamalanma, işlənmə, geoloji kəşfiyyat və s. sahələr üzrə püxtələşib gələcək karyera üçün özlərinə yol cıza bilirlər.


C:\Users\User\Desktop\Engineer_of_petroleum (1).jpg
 

-Bu sahə üçün özünü necə inkişaf etdirməli?

  1.  Xarici dil

 

  1.  Kompüter proqramları 

 

  1. Təcrübə proqramları

 Əgər bu sahədə beynəlxalq dərəcəli mütəxəssiz olmaq istəyirsinizsə, ilk növbədə ilgilis diliniz ən azı intermediate (orta) səviyyədə olmalıdır. Əgər məqsəd xarici ölkələrdə və ya Azərbaycanda xarici şirkətlərdə işləməkdirsə, ingilis dili ilk sıralarda gəlir. Üstəlik ingilis dilindən əlavə siz Amerika qitəsində (Latın Amerika ölkələrində) işləmək fikriniz yaranacaqsa, ispan dili 

bacarığınızda olması çox böyük üstünlüyünüz ola bilər. Yaxud Afrika ölkələrində işləmək üçün  Fransız dili olması da gələcək üçün qarşınıza yaxşı imkanlar çıxarda bilər. Amma mühəndislik sahəsində tək ingilis dili ilə də böyük nailiyyətlər əldə etmək mümkündür.

II qeyd etdiyim Kompüter bacarıqlarına gəldikdə “Microsoft Office” proqramlarını bilmək çox vacibdir, ən əsası isə Excel mühümdür. Neft sahəsinin bəzi bölmələri üçün “AutoCad” proqramını bilməkdə üstünlüyünüz olacaqdır.

Sonuncu isə sizin bu biliklərə yiyələndikdən sonra universitet dönəmində şirkətlərdə təcrübə müddəti keçməkdir ki, bu da sizə təcrübədə olmayan namizədlərlə müqayisədə gələcəkdə işə  müraciət prosesi zamanı ön plana çəkir.


C:\Users\User\Desktop\images.jpg
 

- İş imkanları.

  İş imkanlarına gəldikdə əvvəldə də qeyd etdiyim kimi tələbə vaxtı təcrübə proqramında olmağınız işə müraciətdə sizi digər namizədlərdən fərqləndirəcək.

  Neft sahəsində şirkətlər 2 növə bölünür: Operator və Servis şirkətləri 

  Operator şirkətlərinə misal kimi: Socar AQS, BP və s

  Servis şirkətlərinə misal kimi:Schlumberger, Halliburton, Baker Hughes, Weatherford və s qeyd  edə bilərik.

  İş vakansiyalarına müraciət üçün məşhur rigzone.com saytını məsləhət görərəm. Həmçinin interview mərhələsinə hazırlaşmaq, işçilərin, interview-də iştirak edənlərin şirkətlər haqqında, imtahan prosesi barəsində rəylərini glassdoor.com-a baş çəkərək oxuya bilərsiniz.

  Son olaraq gəlirə gəldikdə isə təcrübəli şəxslər xaricdə illik 100-150 min dollara kimi gəlir əldə edə bilirlər. Həmçinin qeyd etdiyim glassdoor.com saytından işçilərin vəzifələrindən asılı olaraq aylıq və illik gəlirlərini öyrənə bilərsiniz.

  Ətraflı məlumat üçün https://ixtisas.az/az/neft-qaz-muhendisliyi-ixtisasi-41

                                                                                                         Abbasov Eltac.

 

   “Bakı Ali Neft Məktəbi” “Project Management” ixtisası üzrə magistr tələbəsi, “Binagadi Oil Company”, Operator.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.