Filologiya ixtisası (Azərbaycan dili və ədəbiyyatı)
Filologiya ixtisası (Azərbaycan dili və ədəbiyyatı)
İxtisasın təsviri
Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Azərbaycan dili və ədəbiyyatı filologiyası özlüyündə fransız dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrənir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətləri ilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrənir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Dilin quruluşunu və inkişafını öyrənir;
➝ Qədim və müasir dillərin ailəsinə və mənşəyinə görə təsnifləşdirir;
➝ Sözlərin dəqiq mənasını müəyyənləşdirir;
➝ Filologiya jurnallarında məqalələr dərc edir;
➝ Dilçilik və filologiya tələbələrinə kollec və universitetlərdə təlimlər(dərs) keçir;
➝ Mətnləri redaktə edir;
➝ Materialı nəşrə hazırlayır;
➝ Mətnləri və digər ədəbi əsərləri təhlil edir;
➝ Sahəyə uyğun olaraq jurnalist, tərcüməçi, yazıçı, tənqidçi və ssenari müəllifi kimi fəaliyyət göstərə bilər.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Bakı Dövlət Universiteti
➝ Azərbaycan Dillər Universiteti
➝ Bakı Slavyan Universiteti
➝ Gəncə Dövlət Universiteti
➝ Sumqayıt Dövlət Universiteti
➝ “Azərbaycan” Universiteti
➝ Qərbi Kaspi Universiteti
➝ Xəzər Universiteti
➝ Bakı Avrasiya Universiteti
➝ Naxçıvan Dövlət Universiteti
➝ Odlar Yurdu Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə türkoloq və azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər;
➝ Təhsilini müvafiq pillələr üzrə davam etdirərək ixtisas üzrə elmi dərəcəyə yiyələnməklə universitetdə işləyə bilər;
➝ Elmi institutlarda müvafiq dərəcə aldıqdan sonra elmi işçi kimi (məsələn, AMEA);
➝ İxtisasartırma kursu keçərək müəllim kimi işləyə bilər;
➝ Dövlət qulluğuna imtahan verməklə ixtisası üzrə mövcud vakansiyalarda (əsasən yazı işləri ilə bağlı olur);
➝ Mətbuatda, televiziyada;
➝ Təhsil, ədəbi və elmi nəşriyyatlarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Azərbaycan dilinin qrammatikasını mükəmməl bilməli;
➝ Əməli yazı nümunələrini mükəmməl bilməli;
➝ Tədqiqat bacarığı;
➝ Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli;
➝ Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlamağı bacarmalı;
➝ Azərbaycan ədəbiyyat tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli;
➝ Azərbaycan dilində əsas ədəbi, mədəni və tarixi cərəyanları müəyyənləşdirməli;
➝ Dilçilik, ədəbiyyat, tarix və mədəniyyət amilləri, prosesləri və hadisələri arasındakı əlaqəni müəyyənləşdirməli və izahını verə bilməli;
➝ Məlumatları dəqiq toplamalı, şərh etməli və idarə etmək bacarığı olmalı;
➝ Tənqidi düşüncə və problemin həlli;
➝ Kitabxana, arxivlə işləməli.
İxtisasın gələcəyi
Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtürk mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu,universitetin məzunlarına gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir.
Əmək haqqları
Bu sahə üzrə məvaciblər namizədin bilik və bacarıqlarına, elmi dərəcəsinə və s. uyğun olaraq 300-1500 AZN aralığında dəyişir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.