Mən niyə filoloq oldum? -Filologiya

Mən niyə filoloq oldum? -Filologiya

Mən niyə filoloq oldum? -Filologiya

 Filologiya ixtisası universitetlərin yüksək ballı ixtisaslarından biridir. Bu ixtisasa yiyələnmək üçün çox çalışmaq, söz sənətini sevmək lazımdır. Həmçinin Azərbaycan və dünya klassiklərinin əsərlərini mütəmadi mütaliə etməyi həyatınızda yer verməlisiniz.

  Bədii əsərlərin: istər şifahi, istərsə də yazılı ədəbiyyatın vəzifəsi insan tərbiyə etməkdir. İnsanda ən zərif duyğuları: insanpərvərliyi, Vətən sevgisini, əməyə və zəhmətə rəğbəti, dosta sədaqəti məhz bədii əsərlər bizə bəxş edir. Böyük Nizami Gəncəvi “Kərpickəsən kişinin dastanı” kimi kiçik həcmli mənzum hekayəsində sadə, zəhmətkeş insana böyük məhəbbətini necə ustalıqla əks etdirmişdir. İnsanın öz halal zəhməti, alın təri ilə yaşamağın necə böyük qürur, səadət olduğunu əsrlər keçsə də oxucusuna aşılaya bilir.

  Dünyanın ən qədim, ən zəngin dillərindən biri də Azərbaycan türkcəsidir. Bu dildə yaranmış qəhrəmanlıq dastanlarını, nağılları, atalar sözlərini, əfsanələri, lətifələri, poemaları, romanları, hekayələri yada salsaq, gözümüzün önündə möhtəşəm bir mənzərə canlanar. Təkcə biz yox, zaman-zaman qonşularımız da söz xəzinəmizdən iştirak etmişlər

  Bir əlində qılınc, bir əlində qələm olan Şah İsmayıl Xətaini, üç dildə bir-birindən əzəmətli əsrlər yaradan Məhəmməd Füzulini, xalqını cəhalət və nadanlıqdan qurtarmaq üçün ən ağır məhrumiyyətlərə sinə gərən Həsən bəy Zərdabini hansı xalq yetişdərə bilər. Həmçinin, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı ədəbiyyat və dil tariximizdə mühüm yer tutmuşlar.

  Bacarıqlı və savadlı filoloq olmaq üçün Azərbaycan tarixinə də yaxından bələd olmaq, onun şanlı səhifələrini vərəqləmək lazımdır. Həmçinin, yaxşı filoloq olmaq üçün zamanla ayaqlaşmaq lazımdır. Şagirdlərə təkcə Aərbaycan ədəbiyyatının incilərini deyil, dünya klassiklərinin əsərlərini də sevdirmək lazımdır. Bura tədris olunan böyük qırğız yazarı Çingiz Aytmatovun yaradıcılığı yaxşı nümunə ola bilər. Ədibin “Gün var əsrə bərabər” romanı şagirdlərin dərin marağına sahib oldu. Əsərin əsas ideyası yaddaşsızlıq, manqurtluq təhlükəsi və ona qarşı mübarizə təşkil edir. Bu roman yenidən özünüdərkə qayıtmağa can atan müasir dünyanın canlı təcəssümüdür. Qloballaşan dünyamızda bu əsərlərin nə qədər əhəmiyyətli olduğu göz qabağındadır.

   Müəllim işlədiyim bu illər ərzində şagirdlərimə Vətən sevgisini bu möhtəşəm dildə yazılmış bu əsərlər vasitəsilə aşılamağa çalışmışam. Əlbəttə, gözəl mütəxəssis olmaq göründüyü kimi asan deyil. Yüksək mütaliə ilə yanaşı şagirdləri tanımaq, onların azru və istəkləri ilə tanış olmaq lazımdır. Hər bir şagirdə fərdi yanaşmaq lazımdır.

 

 Solmaz Hüseynova

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.