Yeni adı ilə desək , Xüsusi təhsil – müxtəlif ölkələrdə Özel eğitim, Special Education, Korreksion psixologiya və s. adlanır. İxtisasın əsas tədris məqsədi psixi, əqli, fiziki cəhətdən inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim, tərbiyə, təhsil, sosial adaptasiyası, reabilitasiyası, uşaqlarda baş vermiş pozulmaların və profilaktikasının öyrənilməsidir. Korreksiyaedici təlim uşaq davranışının bəzi yolverilməz və ya dağıdıcı növlərini (təcavüz, neqativizm, qorxu) yatırtmaq və ya dəyişdirməyə yönəlmişdir, inkişaf edən isə yeni bacarıqların inkişaf etdirilməsinə və mövcud olanların (məsələn, nitq inkişafı, bədən tərbiyəsi, rəsm dərsləri) inkişaf etdirilməsinə yönəlmişdir. Özlüyündə 4 sahəyə ayrılır:
3) Oliqafrenpedaqogika – intellektual çatışmamazlığı olan şəxsləri öyrənir.
4) Loqopediya – nitq pozulmalarını öyrənir.
Burada uşaqlara çox böyük məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir. Bu ixtisas psixologiya və təlim tərbiyyə ilə maraqlanan üçün uyğundur.
İxtisasın tarixi
Qədim dövrlərdə qüsurlu dünyaya gələn uşaqlara münasibət birmənalı olaraq yaxşı deyildi. Çox zaman onlar öldürülür, diri – diri torpağa basdırıldı. İslam və Xristian idealogiyasının yayılması ilə bu növ problemli insanlara baxış bucağı da dəyişdi. Beləliklə, bu ixtisas elm kimi formalaşmağa başladı. Ölkəmizdə tədris tarixinə nəzər salsaq, görərik ki, 2017 -ci ilə qədər yalnız ADPU-da tədris edilib, 2018 -ci ildən etibarın isə həm də BDU – də də tədris edilməyə başlanıb. III ixtisas qrupunda yer alır.
Bu ixtisas sahibi nə işlə məşğul olur ?(iş öhdəlikləri)
İxtisasa yiyələnən şəxs yuxarıda qeyd edilən sahələrdən biri və ya bir neçəsi üzrə mütəxəssis olduğundan, iş öhdəlikləri də bunlara müvafiq olaraq dəyişir. Amma əsas öhdəliklər bir qayda olaraq dəyişməzdir.
➝ Hər bir şagirdə individual tədris və inkişaf proqramının tərtib edilməsi.
➝ Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
➝ Uşaqların şəxsi – sosial xüsusiyyətlərinin formalaşdırılması;
➝ Pedaqoji prinsiplərə riayət etməli;
➝ Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
➝ Şagirdlərdə şəxsiyyətinin formalaşmasına kömək etmək;
➝ Şagirdlərlə didaktik materiallar, testlər uşaqların tez inkişafı və böyüməsi üçün psixoloji oyunlar və s etməli;
➝ Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı.
➝ Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı.
➝ Özünüqiymətləndirmənin formalaşması.
➝ Ünsiyyət bacarığının formalaşdırılması.
➝ Valideynlər ilə davamlı əlaqədə olmaq.
➝ Düzgün diaqnostikanın aparılması.
➝ Psixoloji konsultasiyaların mütəmadi aparılması.
Harada bu ixtisasa yiyələnmək olar?
➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
➝ Azərbaycan Dillər Universiteti
➝ Bakı Dövlət Universiteti
Kurslar:
➝ Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu
➝ Buta Tədris Mərkəzi
➝ Stimul Education & Consulting
➝Tərəqqi 1
➝ Elite Education & Career Center
➝ SABBA – 97
➝ Elbite courses və s.
Harada bu sahə üzrə işləmək olar?
➝ Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi
➝ Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi
➝ E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi
➝ 11 nömrəli xüsusi internat məktəbi
➝ Respublika Daun Mərkəzi
➝ Psixi Sağlamlıq Mərkəzi
➝ Psixo-nevroloji uşaq evi və s. kimi dövlət müəssisələri.
Özəl müəssisələrdən isə aşağıdakıları misal göstərə bilərik:
➝ Narınc Uşaq Psixologiya Mərkəzi
➝ Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi
➝ Qüsursuz Nitq İnkişaf Mərkəzi
➝ Bakı Autizm Mərkəzi
➝ Mədinə Tibb Mərkəzi
➝ Peşəkar Psixologiya Mərkəzi
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Pedaqoji ve psixoloji biliklərin olması
➝ Səbrli və təmkinli xarakterə sahib olmaq
➝ İşə məsuliyyətli yanaşmağı bacarmaq
➝ Analitik düşüncə qabiliyyətin olması
➝ Fikrini rahat və qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti
➝ Daim yenilikçi olmaq
➝ Sosial yönümlü olmaq
➝ Empatiya bacarığı
➝ Yüksək motivasiya ilə yanaşma
➝ Şagirdlərin nə istədiyini anlamalı
➝ Azyaşlı uşaqlarla çalışma bacarığı.
➝ Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
➝ Öyrənməyi və öyrətməyi bacarmalı
➝ Bildiklərinin tətbiqini bacarmalı
İxtisasın gələcəyi
Bioloji, sosial və pedaqoji amillərlə bağlı ixtisaslı və bu sahədə mütəxəssis kadra tələbat olduqca yüksəkdir.
Əmək haqqı
Dövlət müəssisələrində maaş ortalama 300 AZN – dən başlayır, özəl müəssisələrdə isə maaş olduqca yüksəkdir, bəzi müəssisələr isə hər şagirdə görə verilən faiz hesabına maaş təyin edilir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.