Korreksiyaedici təlim nədir

Korreksiyaedici təlim nədir

Korreksiyaedici təlim nədir

  Korreksiyaedici Təlim-beynəlxalq aləmdə Special Education, Özel Eğitim, Korreksion psixologiya, Defektologiya kimi terminlərlə ifadə olunur.Yəni psixi, əqli, fiziki cəhətdən qeyri-düzgün inkişaf edən şəxslərin psixoloji vəziyyətini,pedaqoji inkişafını öyrənən bir elm sahəsidir. 19-cu əsrə qədər bu elm Psixologiya elminin tərkib hissəsi olmuşdur. Defektologiya özü 4 müstəqil sahədən ibarətdir:

-Oliqafrenpedaqogika (psixologiya)-əqli cəhət geri qalan uşaqların təlim-tərbiyəsi,psixologiyası ilə məşğul olan elm

-Surdopedaqogika (psixologiya)-eşitmə qüsurlu uşaqların təlim-tərbiyəsi,psixologiyası ilə məşğul olan elm

-Tiflopedaqogika (psixologiya)-Görmə qüsurlu uşaqların təlim-tərbiyəsi,psixologiyası ilə məşğul olan elm

-Loqopediya-nitq qüsurlarını öyrənən elm.

Autizm, Daun sindromu ,hiperaktivlik,davranış pozulmları,dayaq hərəkət aparatı pozulmuş uşaqlarla pedaqoji iş də məhz “Korreksiyaedici Təlim” ixtisasının  sahəsinə daxildir.

  Qədim dövrdə bu cür uşaqlara qarşı münasibət heç də birmənalı deyildi. Bu uşaqların cəmiyyət üçün 1 növ artıq yük olduğu düşünülürdü. Buna görə qüsurlu doğulan uşaqları elə diri-diri basdırır, hündür yerlərdən aşağı tullayırdılar. Xüsusilə də, Spartada bu uşaqlara qarşı daha sərt rejim mövcüd idi. Çünki Spartada hərbi sistem hökm sürürdü və doğulan hər qüsurlu uşaq (oğlan uşağı) orduya ziyan vurmuş hesab edilirdi.Bu cür fikirlər 1 növ Aristotelin “mükəmməl olmayan heç bir şeyin inkişaf etməsinə icazə verməyin” fikrindən qaynaqlanırdı. Belə uşaqların ailələrinin Tanrı tərəfindən lənətləndiyi deyilirdi. Qüsurlu uşaqların bədənində cin olduğu və bu cini ancaq həmin uşağı öldürməklə  qovmaq olardı. Ancaq İslam və xristian dinlərinin inkişafı ilə bu uşaqlara daha mərhəmətli yanaşılmağa başlanıldı.

 

  Mən bu ixtisasa 2016-cı ildə III təhsil qrupu ilə vermişəm. İlk dəfə bu ixtisas ADPU-da fəaliyyət göstərib və mənim qəbul olduğum ilə kimi yalnız 11-ci sinifi bitirmiş məzunlar bu ixtisas üçün Pedaqoji Universitetinə üz tuturdu. 

  Dediyim kimi, 2017-ci ilə qədər yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris olunurdu, 2018 –ci ilin sentyabrından isə Bakı Dövlət Universitetində tədris olunmağa başlanılıb.

 Yeni qəbul olunmuş tələbələri maraqlandıran əsas sual: Bu ixtisası bitirdikdən sonra harda işləyə bilərəm?

  Korreksiyaedici Təlim fakültəsinin  məzunları sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssələrində,psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, yaşam koçu, xüsusi müəllim, loqoped və.s kimi fəaliyyət göstərə bilər. Daha aydın olması üçün dövlət müəssisələrinin və özəl mərkəzlərin bəzilərinin adını qeyd edirəm.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi

11 nömrəli xüsusi internat məktəbi

Respublika Daun Mərkəzi

Psixi Sağlamlıq Mərkəzi

Psixo-nevroloji uşaq evi

Əqli geriliyi ağır formada olan uşaqlar üçün internat evləri

  Dövlət müəssələrinə nisbətdə hal-hazırda gündəlik həyatımızda daha çox özəl müəssələrin adını eşidirik. Mütəmadi olaraq televeziya proqramlarında, sosial şəbəkələrdə bu özəl mərkəzlər haqqında məlumatlar yayımlanır. İndi isə onlara nəzər salaq :

  Narınc Uşaq Psixologiya Mərkəzi,Loqos Psixoloji Və Nitq İnkişaf Mərkəzi,Müasir Psixologiya Mərkəzi,Qüsursuz Nitq İnkişaf Mərkəzi,Bakı Autizm Mərkəzi,Mədinə Tibb Mərkəzi,Peşəkar Psixologiya Mərkəzi və.s

 

  Düşünürəm ki xaricdə təhsil bu ixtisas üçün əvəzsizdir. Bu sahə genişdir. İxtisası bitirmiş tələbələr Moskva Dövlət Universitetində, Almaniyada və Avropanın bir sıra universitetlərində, eyni zamanda bu sahədə inkişaf etmiş qonşu Türkiyə universitetlərində təhsillərini davam etdirə, ixtisas artırmaq üçün müraciət edə bilərlər. Həmçinin bu ixtisasla bağlı konfranslara və tədbirlərə qatılmaqla özlərini inkişaf etdirə bilərlər. Tövsiyə edərdim ki, ixtisası bitirmiş gənclər xarici dil öyrənməyə də yönəlsinlər, ən əsası da Rus dili, İngilis dili kimi dilləri (həmçinin mənim bu dillərlə yanaşı, Alman dilini öyrənmək seçimim olduğu üçün bu dili də tövsiyə edərdim).

  Brayl əlifbası (görmə məhdudiyyətli şəxslər üçün), İşarət dili (eşitmə məhdudiyyətli şəxslər üçün), psixologiyanın xüsusi və ümumi sahələrini və s. geniş biliklər öyrənmək bu ixtisasda faydalıdır.

  Bir çox şəxslər  düşünür ki, bu ixtisas prestijli deyil. Amma bu yalnış fikirdi. Müasir dövrdə bu ixtisasa tələb artmışdır və artmaqda da davam edir.

  Bu ixtisas haqqında daha ətraflı məlumat əldə etmək üçün https://ixtisas.az/az/korreksiyaedici-telim-ixtisasi-19

 

 

Aytəkin Muradova, 

Azərbaycan Dövlət Pedaqoji Universiteti bu ixtisasın 4cü kurs tələbəsi

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.