Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Biznesin idarə edilməsi

Biznesin idarə edilməsi ixtisası 22 universitetdə 45 proqram üzrə tədris olunur. 2025 keçid balları: 178,9 – 609,8 bal.

22universitet
609,8ən yüksək keçid
178,9ən aşağı keçid
6dövlət sifarişli proqram

Biznesin idarə edilməsi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141263
Əyani 609,8
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123435
Əyani 581,5 581,5
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123387
Əyani 577,5 324,8
ADA Universitetitədris ingilis dilində
Əyani · 131276
Əyani 551,1
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128636
Əyani 547,6 284,2
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114736
Əyani 502,6 329,6
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123395
Əyani 501,4 357
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141271
Əyani 422,2
Bakı Dövlət Universiteti
Əyani · 111536
Əyani 315,1
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114728
Əyani 303,3
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116567
Əyani 298,7
Azərbaycan Texniki Universiteti
Əyani · 116559
Əyani 287,9
Milli Aviasiya Akademiyası
Əyani · 138429
Əyani 272,3
Azərbaycan Texniki Universiteti
Əyani · 118535
Əyani 271,3
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136136
Əyani 265,2
Bakı Mühəndislik Universiteti
Əyani · 128611
Əyani 260,8
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155188
Əyani 258,9
Sumqayıt Dövlət Universiteti
Əyani · 148351
Əyani 251,9
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123419
Qiyabi 251,1
Azərbaycan Universiteti
Əyani · 155163
Əyani 244,1
Azərbaycan Texniki Universiteti
Qiyabi · 118543
Qiyabi 242,9
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158274
Əyani 238,5
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164179
Əyani 232,6
Odlar Yurdu Universiteti
Əyani · 164187
Əyani 230,7
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128628
Qiyabi 225,6
Bakı Avrasiya Universitetitədris ingilis dilində
Əyani · 162137
Əyani 222,4
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144463
Əyani 222,3
Bakı Avrasiya Universiteti
Əyani · 162129
Əyani 220,1
Bakı Biznes Universiteti
Əyani · 165134
Əyani 218,3
Gəncə Dövlət Universiteti
Əyani · 145232
Əyani 217,4
Lənkəran Dövlət Universiteti
Əyani · 151331
Əyani 216,9
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148368
Qiyabi 213,9
Mingəçevir Dövlət Universiteti
Əyani · 149275
Əyani 213,3
Azərbaycan Universiteti
Qiyabi · 155171
Qiyabi 210,9
Qərbi Kaspi Universiteti
Əyani · 157278
Əyani 207,3
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147347
Əyani 200,4
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154183
Əyani 198,8
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123873
Əyani 196,5
Odlar Yurdu Universiteti
Qiyabi · 164162
Qiyabi 195,5
Bakı Biznes Universiteti
Qiyabi · 165142
Qiyabi 195,3
Qərbi Kaspi Universiteti
Qiyabi · 157286
Qiyabi 191
Gəncə Dövlət Universiteti
Qiyabi · 145249
Qiyabi 190,7
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154191
Qiyabi 185,2
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149283
Qiyabi 182,2
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151348
Qiyabi 178,9

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Biznesin idarə edilməsi ixtisası haqqında

İxtisasın təsviri

İstehsal və istehlak prosesi cəmiyyətin varlığını qorumasına xidmət edən davamlı, təkrarlanan döngüdür. Biznes fəaliyyəti isə ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli biznes fəaliyyəti yalnız hazır məhsulların ticarəti ilə məhdudlaşan kommersiya fəliyya fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəaliyyət növüdür. Biznes prosesi kimi: maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə işləri ilə əlaqədar iş proseslərini sadalamaq olar. Biznesin idarə edilməsi ixtisasının məqsədi isə tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə nəzəri və praktiki biliklərin verilməsidir. İqtisadiyyatla maraqlananlar üçün uyğun sahədir. Bu ixtisas iş proseslərinin inkişafı və optimallaşdırılması üçün məsul şəxslər yetişdirir.

Peşənin tarixi

Dünyada ilk “Biznes Məktəbi” 1819 –cu ildə Fransada yaradılan ESCP hesab edilir, yalnız bu sahə üzrə ixtisaslaşmış ilk biznes məktəbi isə 1919-cu ildə yaradılan Babson Kollecidir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

İxtisas sahiblərinin iş öhdəlikləri biznesin idarə edilməsi və inkişafı üzrə menecer və ya biznes fəaliyyətinin əsasını təşkil edən müxtəlif sahələrdə (marketinq, menecment, maliyyə, təchizat) ixtisaslaşmasından müxtəliflik təşkil edir. Biznesin idarə edilməsi ixtsası üzrə idarəçi, menecer kimi iş öhdəlikləri isə əsasən aşağıdakılardan ibarətdir:

  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
  • İşçilərin effektiv işləməsinin təşkili və nəzarət;
  • Reklam və marketinq, maliyyə işlərinə nəzarət;
  • Hesabatların hazırlanması;
  • Normativ sənədlərin işlənməsi;
  • Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr vermək;
  • İş proseslərinin təhlili və modelləşdirilməsi;
  • Nəticələrinin təqdimatını etmək;
  • Şirkətlə işləyən mövcud təchizatçılarla əlaqənin saxlanılması;
  • Tələbləri toplamaq, rəsmiləşdirmək və müştəri ilə əlaqələndirmək;

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət universitetləri

  • Azərbaycan Diplomatik Akademiyası;
  • Azərbaycan Dövlət Aqrar Universiteti;
  • Azərbaycan Dövlət İqtisad Universiteti;
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti;
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
  • Azərbaycan Turizm və Menecment Universiteti;
  • Azərbaycan Texnologiya Universiteti;
  • Bakı Mühəndislik Universiteti;
  • Gəncə Dövlət Universiteti;
  • Lənkəran Dövlət Universiteti;
  • Mingəçevir Dövlət Universiteti;
  • Sumqayıt Dövlət Universiteti;

Özəl Universitetlər

  • Azərbaycan Kooperasiya Universiteti;
  • “Azərbaycan” Universiteti;
  • Bakı Avrasiya Universiteti;
  • Bakı Biznes Universiteti;
  • Xəzər Universiteti;
  • Qərbi Kaspi Universiteti
  • Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

İxtisasın əhatə dairəsi çox genişdir, bu sahə ilə bağlı əsas iş yerlərini kommersiya məqsədli xidmətlər təklif edən özəl şirkətlər təşkil etsə də, bu ixtisas üzrə kadrlara qeyri-kommersiya tipli, sosial biznes layihələri həyata keçirən şirkətlərdə, dövlət qurumlarında da, ehtiyac olur. Ümumi şəkildə bu ixtisas üzrə fəaliyyət sahələrini aşağıdakı formada qeyd etmək olar:

  • Məhsul və xidmətlərin istehsalı və yaradılması, istehlakçılara təqdim olunması fəaliyyəti ilə məşğul olan bütün növ kommersiya və qeyri-kommersiya təşkilatlar və qurumlar;
  • Banklar, qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları;

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Güclü analitik və ünsiyyət qurma bacarığı;
  • Yüksək iş qabiliyyəti, sabitlik, çeviklik bacarıqları;
  • Sistematik düşüncə bacarığı;
  • Tənqidi düşünmə bacarığı;
  • Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • Sürətli problem həll etmə bacarığı;
  • Biznes risklərinin idarə edilməsi, risk menecment bacarıqları;
  • Excel bilikləri;
  • Dil bilikləri (ingilis və rus dilləri).
  • CRM (müştəri ilə qarşılıqlı əlaqənin avtomatlaşdırılması üçün proqram təminatı) və ya hər hansı bir bank sistemi haqqında bilik;
  • Məlumatı dəqiq izah etmək bacarığı, düzgün sual vermək bacarığı;
  • Təşkilatçılıq bacarığı və müstəqillik;
  • Məlumat və tədqiqat fəaliyyət növü ilə işləməyə meyilli;

Bu sahənin gələcəyi

İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar ixtisas üzrə konkret sahələri seçərək (maliyyə, marketinq, menecment, risk menecmenti və.s) karyeralarına bu istiqamətdə davam edə bilərlər. Həmçinin sahə üzrə gələcək əmək bazarında tələb olunan kadrlardan olmaq üçün e-kommersiya fəaliyyəti üzrə bilik və bacarıqların artırılması məqsədəuyğun olardı.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq dəyişir.

400-2000 AZN

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Biznesin idarə edilməsi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Biznesin idarə edilməsi ixtisası üzrə keçid balları 178,9 ilə 609,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 609,8 baldır.

Biznesin idarə edilməsi ixtisası hansı universitetlərdə var?

Biznesin idarə edilməsi ixtisası 22 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti və digərləri.

Biznesin idarə edilməsi hansı qrupa aiddir?

Biznesin idarə edilməsi 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Biznesin idarə edilməsi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Biznesin idarə edilməsi ixtisasına ən aşağı keçid balı 178,9 olub. Ödənişli yerlər 44 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂