Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Maliyyə

Maliyyə ixtisası 23 universitetdə 41 proqram üzrə tədris olunur. keçid balları: 200 – 653,2 bal.

23universitet
653,2ən yüksək keçid
200ən aşağı keçid
17dövlət sifarişli proqram

Maliyyə — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141288
Əyani 653,2 — —
ADA Universitetitədris ingilis dilində
Əyani · 131316
Əyani 637,6 — —
ADA Universitetitədris ingilis dilində
Əyani · 131324
Əyani — 608,7 —
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123581
Əyani 605,6 605,6 —
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141296
Əyani — 535,5 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123557
Qiyabi 533,5 235,3 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123549
Əyani 527,6 527,6 —
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138453
Əyani 524,2 200 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148392
Əyani 519,8 249,5 —
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128725
Əyani 519,7 274,6 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144536
Əyani 506,4 256,5 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151372
Əyani 504,6 200 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142398
Əyani 501,4 363,5 —
Milli Aviasiya Akademiyası
Əyani · 138445
Əyani 500,6 319,3 —
Bakı Dövlət Universiteti
Əyani · 111577
Əyani 500,4 341,8 —
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111585
Əyani 495,3 478,3 —
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123532
Əyani 494,3 386,8 —
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158299
Əyani 494,3 200 —
Azərbaycan Texniki Universiteti
Əyani · 116591
Əyani — 321 —
Bakı Mühəndislik Universiteti
Əyani · 128693
Əyani — 263 —
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136152
Əyani — 250,1 —
Qarabağ Universiteti
Əyani · 152247
Əyani 224 — —
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Əyani · 171136
Əyani — 200 —
Azərbaycan Universiteti
Əyani · 155228
Əyani — 200 —
Bakı Avrasiya Universiteti
Əyani · 162161
Əyani — 200 —
Bakı Biznes Universiteti
Əyani · 165191
Əyani — 200 —
Qərbi Kaspi Universiteti
Qiyabi · 157334
Qiyabi — 200 —
Odlar Yurdu Universiteti
Əyani · 164243
Əyani — 200 —
Gəncə Dövlət Universiteti
Əyani · 145281
Əyani — 200 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123913
Əyani — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154264
Qiyabi — 200 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164235
Əyani — 200 —
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148416
Qiyabi — 200 —
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155236
Əyani — 200 —
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149356
Qiyabi — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154256
Əyani — 200 —
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151389
Qiyabi — 200 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149348
Əyani — 200 —
Qərbi Kaspi Universiteti
Əyani · 157326
Əyani — 200 —
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128717
Qiyabi — 200 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Qiyabi · 144544
Qiyabi — 200 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Maliyyə ixtisası haqqında

İxtisasın təsviri

Maliyyə ixtisası universitetlərin biznesin idarə edilməsi və iqtisadiyyat fakültələrinə aid olan ixtisaslardan biridir. İxtisas seçərkən sizin qarşınıza maliyyə menecmenti, maliyyə uçotu kimi çıxa bilər. Ümumiyyətlə, maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarəedilməsinin təşkili deməkdir. Mikrosəviyyədə desək, bizneslərin və şirkətlərin fəaliyyətini yerinə yetirmək üçün müxtəlif maliyyə resurslarına ehtiyac vardır. Bu fəaliyyət borcla və ya səhmdarların bir araya gəlməsi ilə təmin edilə bilər. Maliyyə ixtisasında bunların hansının daha effektiv olduğunu və ya hər ikisiylə birlikdə maliyyələşmənin daha effektiv olduğunu öyrənəcəksiniz. Maliyyə ixtisası şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Ümumiyyətlə, bu sahədə olan maliyyə sahəsinin təmini və idarəedilməsi deməkdir. Dövlət səviyyəsində də eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Qısa olaraq, maliyyə ixtisası maliyyə mənbələrinin idarəedilməsi deməkdir. Bu ixtisas riyaziyyatı sevənlər üçün uyğun ixtisas olar bilər.

Peşənin tarixi

Maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada, daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Aktiv və passivlərin düzgün və səmərəli idarə edilməsi;
  • Şirkətdə maliyyə axınlarının hərəkəti üçün strategiyaların hazırlanması (debitorlardan alınan vəsaitlər və kreditorlar qarşısında öhdəliklər nəzərə alınmaqla);
  • Xərclərin optimallaşdırılması;
  • Statik məlumatlar əsasında doğru və hədəflənmiş büdcə planlamasının həyata keçirilməsi;
  • Şirkətin kapitalının idarə edilməsi;
  • Maliyyə vəziyyətinin monitorinqi;
  • Büdcə vəsaitlərindən düzgün və səmərəli istifadənin monitorinqi;
  • Pul vəsaitlərinin cəlb edilməsi ;
  • Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil edir və icrasına nəzarət edilməsi və s.;
  • İnvestisiya layihələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi;
  • Bazarın, müəssisənin maliyyə vəziyyətinin, statistik məlumatların toplanması üzrə analitik tədqiqatların aparılması;
  • Maliyyə və şirkətin əhatə dairəsi ilə əlaqədar qanunvericilik yeniliklərinin monitorinqi;
  • Biznes planların hazırlanmasında, risklərin qiymətləndirilməsində və idarə edilməsində iştirak;
  • İqtisadi proseslərin proqnozlaşdırılması;
  • Təchizatçılar, kreditorlar, borclular, tərəfdaşlar, müştərilərlə müqavilə bağlamaq üçün materialların hazırlanması. Bu müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək;
  • Dövlət orqanlarına lazımi sənədlərin verilməsi, vergilərin və digər ödənişlərin vaxtında tutulmasının monitorinqi

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət Universitetləri

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universitet

Özəl Universitetlər

  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • “Azərbaycan” Universiteti
  • Bakı Biznes Universiteti
  • Qərbi Kaspi Universiteti
  • “Naxçıvan” Universiteti
  • “Odlar Yurdu ” Universiteti
  • Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Maliyyə ixtisası elə bir seçimdir ki, iqtisadiyyatın istənilən sahəsində çalışmaq mümkündür.Hər bir şirkət və ya qurumun maliyyə şöbəsi olduğundan ixtisaslı kadrlara da ehtiyac var. Bununla belə üstünlük təşkil edən sahələr:

  • Maliyyə Nazirliyi
  • Bank sektoru
  • Maliyyə təşkilatları
  • Beynəlxalq şirkətlərin maliyyə-mühasibat bölmələri və s.dir

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Riyazi biliklər ;
  • Ixtisasını dərindən bilməli;
  • Dil bilikləri ( əsasən rus və ingilis) ;
  • Analitik düşüncəyə sahib olmalı;
  • Stressə davamlılıq;
  • Məsuliyyətlilik;
  • Dürüstlük və obyevtivlik;
  • Detallara diqqət yetirməyi bacarmalı;
  • Yaxşı müşahidə qabiliyyətinə sahib olmalı;
  • Güclü yaddaş;
  • Məqsədyönlülük;
  • Erudisiya və intellektual inkişafın ümumi səviyyəsi yüksək olması;
  • Tənqidi düşünmə bacarığına sahib olmalı;
  • Təşəbbüskarlıq;
  • Microsoft Excel bilikləri;
  • Matlab, SQL bilikləri ( Bu kompyuter bacarıqlarının tələb kimi qoyulması sizin işləcəyiniz şirkətdan asılı olur. Adətən,bununla belə göstərilən proqramlarda işləməyi bacarmaq əlavə üstünlükdür)
  • ACCA sertifikatlarına sahib olmaq ( Xüsusilə, proqrama daxil olan F3, F7, F9 sertifikatları maliyyə sahəsi ilə daha əlaqəlidir)
  • CFA sertifikatlarına malik olmaq ( CFA beynəlxalq əhəmiyyətli maliyyə sertifikasiyası olub 3 mərhələn ibarətdir. Hal-hazırda yerli bazarda ACCA qədər tələb edilməsə də, əhəmiyyəti get-gedə artmaqdadır)

Bu sahənin gələcəyi

Hal – hazırda Maliyyə ixtisası gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Analitik yönümlü olması, insan zəkasına əsaslanması günümüzün və yaxın gələcəyin texnologiyaları tərəfindən insan amilinin sıxışdırılmasının qarşısını alır. Eyni zamanda ölkəmizdə də ixtisaslı kadrlara olan tələbat artmaqdadır

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə maaşlar müraciət etdiyiniz şirkətdən, sizin bilik və bacarıqlarınızdan, təcrübənizdən asılı olaraq dövlət sektorunda 300-3000 AZN, özəl sektorda 400-8000 AZN aralığında dəyişməkdədir.

Tez-tez verilən suallar

Maliyyə (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

qəbulunda Maliyyə (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 653,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 653,2 baldır.

Maliyyə (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Maliyyə (tədris ingilis dilində) ixtisası 23 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti və digərləri.

Maliyyə (tədris ingilis dilində) hansı qrupa aiddir?

Maliyyə (tədris ingilis dilində) 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Maliyyə (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Maliyyə (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 38 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂